Son olaraq Albaniyanın "Bilis" klubunda çıxış etmiş Amil Yunanov karyerasını yenidən Azərbaycanda davam etdirəcək.
İdman.biz xəbər verir ki, 31 yaşlı mərkəz hücumçusu yenidən "Səbail"in uğurları üçün çalışacaq.
Super Liqa təmsilçisi ilə 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulan müqaviləsini vaxtından öncə pozan Yunanov legioner "dənizçilər"lə anlaşacaq.
Bildirək ki, təcrübəli forvard bu ilin sentyabrında Albaniya klubuna keçmişdi (Pressing.az).
İdman.biz