top
Almaniya Emrelidən bəhs edir - Mahirin qərarı necə olacaq? Idman.biz
20 may 2025, 17:19
- ↺ +

Almaniya Emrelidən bəhs edir - Mahirin qərarı necə olacaq?

Mahir Emreli bir çox klubun maraq dairəsindədir. Mövsüm onun üçün kifayət qədər maraqlı keçdi: Azərbaycan millisinin hücumçusu "Nürnberq"də yaxşı məhsuldarlıqla yadda qaldı və indi yeni çağırışlara hazırdır. Əsas sual isə budur: o, karyerasını harada davam etdirəcək?

İdman.biz xəbər verir ki, Almaniyada çıxış etməsi Mahir üçün yeni üfüqlər açıb.

Almaniya futbolunun onsuz da təqdimata ehtiyacı yoxdur, 2-ci Bundesliqanın səviyyəsi də kifayət qədər yüksəkdir. Bu baxımdan "Nürnberq"ə keçidi azərbaycanlı forvard üçün doğru seçim saymaq olar. Üstəlik, komandanın baş məşqçisi əfsanəvi Miroslav Klozedir və Emreli özü də etiraf edib ki, bu mənada onun uşaqlıq arzusu reallaşıb.

Ümumilikdə mövsüm Mahir üçün asan keçmədi: yüksəlişlər də oldu, enişlər də. Amma uzun bir yolda heç kim bundan sığortalanmayıb. Əsas odur ki, o, "Nürnberq"də özünü sübut edə bildi. Azarkeşlər onu meydandakı əzmkarlığı və oyununa görə sevdilər, o isə buna qollarla cavab verdi. Mövsümün son hissəsində isə Emrelini dayandırmaq mümkün deyildi: o, "Paderborn"la qarşılaşmada iki, "Kayzerslautern" və "Fortuna" ilə oyunların hərəsində bir qol vurdu. Ən yaddaqalan məqam isə "Ayntraxt Braunşveyq"lə matçda het-trik etməsi və turun rəmzi yığmasına seçilməsi oldu.

Mahir ümumilikdə "Nürnberq"in heyətində 11 dəfə fərqlənib ki, onlardan 10-u çempionatda, 1-i isə Almaniya kubokunda olub. Komandası da mövsümü 10-cu pillədə başa vurub.

Emrelinin "Nürnberq"dən ayrılması başadüşüləndir. Kloze özü də klubun bununla bağlı qərarı çoxdan verdiyini bildirib. Üstəlik, Mahirin məhsuldarlığı fonunda onun qarşısında təklif bolluğu var. Bu təkliflərin bir qismi Almaniyadandır: xüsusilə "Kayzerslautern" və Bundesliqa təmsilçisi "Sankt Pauli" onunla maraqlanırlar. Karyerasını Almaniyada davam etdirməsi də çox real görünür: adaptasiya problemi olmayacaq, həm də onun adı indi gündəmdədir. Almaniya mətbuatı da təriflər yağdırır: "Bild" nəşri onun mövsümün sonundakı het-trikinə "Mahir sehrbaz olur" başlıqlı yazı ilə reaksiya verib.

Hərçənd Mahirin tam fərqli bir istiqaməti seçməsi də mümkündür. Amma yəqin ki, Emreli tələsməyəcək və karyerasına yeni təkan verəcək ağıllı qərar qəbul edəcək. Bu isə "Nürnberq"dən daha güclü bir komanda olmalıdır ki, Mahir öz ambisiyalarını gerçəkləşdirə bilsin. Görünən odur ki, Bundesliqa klublarından birinə keçid getdikcə daha məntiqli görünür.

Amma gəlin, qabaqcadan proqnoz verməyək və hadisələrin necə inkişaf edəcəyini gözləyək.

Zaki Feyzullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:49

Fənərbağça İsmail Kartalın təhvilinə dair yeni iddialar

Futbol
Bu gün, 21:47

İsmayıl Kartalla ilə Fənərbağça müqavilə bitdi

Futbol
Bu gün, 21:38

Flik "Barselona"nın aparıcı futbolçularının Sevilyadan qayıtmaq istəyindən narazıdır

Güləş
Bu gün, 21:27

Cəfərov dünya çempionatında finalda 5:8 məğlubiyyətə məruz qaldı

Futbol
Bu gün, 21:26

Barselona Xulian Alvares ilə danışıqlara görə 602 avro cərimə alır;

Futbol
Bu gün, 21:24

Bavariya baş məşqçisi Vensan Kompaninin sağlamlığı yaxşılaşıb

Basketbol
Bu gün, 21:10

Serxio Ramos, Luka Donçiçin 52 xallıq möhtəşəm performansını təqdir etdi - FOTO

Futbol
Bu gün, 20:47

London Meri Harri Keynin “Qızıl Top” mükafatını tarixi hadisə adlandırdı

Güləş
Bu gün, 20:33

Nihat Məmmədli: Dünya çempionatında gümüş medalla kifayətlənmədim, daha rahat güləşib qalib gələ bilərdim

Futbol
Bu gün, 20:07

Pol Skoulz Manchester United üçün ən uyğun baş məşqçi namizədi Antonio Konte olduğunu bildirir

Futbol
Bu gün, 19:50

Rəhim Həsənov: Cavid Cəlilovun Penaltı Qərarı Yanlışdır

Futbol
Bu gün, 19:45

PSJ: Xviça Kvaratsxeli sağ dizindən uğurla əməliyyat edilib

Cüdo
Bu gün, 19:32

Bakıda 20 yaşa qədər cüdoçular arasında şəhər birinciliyi keçirilib

Futbol
Bu gün, 19:28

Arsen Venger Bakıda AFFA təşkilatçılığı ilə ümumiyyətlə məşqçilər üçün master-klassda iştirak edib

Digər
Bu gün, 19:27

Fərid Ələkbərov: ‘5:4’ Qələbə, Daha Yaxşı Oynadıq

Qarabağ FK
Bu gün, 19:25

“Qarabağ”ın 1/8 final rəqibi “Sumqayıt” oldu

Futbol
Bu gün, 19:20

Arda Turan Ukraynada qolunu itirən əsgərə qucaqlama və forma hədiyyəsi ilə unudulmaz jest göstərdi

Futbol
Bu gün, 18:59

Aleksey Batrakov qışda "Qalatasaray"ı tərk edə bilər

Futbol
Bu gün, 18:52

PSJ-nin ardıcıl Çempionlar Liqası uğurlarının əsas səbəbi: Luis Kamposun transfer strategiyası

Futbol
Bu gün, 18:43

Karrager: Keyn Tottenhamdansa, Qızıl Topu qazana bilməzdi

Futbol
Bu gün, 18:28

Mbappe La Liqa'dan üzr istədi

Futbol
Bu gün, 18:13

Mançester Siti - Brayton matçında Donnarumma əvəzinə Rulli qapıya çəkiləcək

Futbol
Bu gün, 18:09

Harri Kejn "Fial Ball" mükafatını qazanaraq tarixə düşdü

Futbol
Bu gün, 18:07

Araz‑Naxçıvanın məşqçisi Zaur İsmayılov: Rəqib kimindən asılı olmayaraq qələbə üçün mübarizə apardıq

Oxşar xəbərlər