İtaliyanın "Milan" klubu baş məşqçi Massimiliano Alleqri ilə anlaşıb.
İdman.biz xəbər verir ki, İtaliya mətbuatı tərəflər arasında bütün sənədlərin imzalandığı iddia edib.
Müqavilə iki illik nəzərdə tutulub. Razılaşmaya görə, Alleqri Milan təmsilçisində ilə 5 milyon avro qazanacaq. Bundan başqa, 57 yaşlı mütəxəssis əldə olunan nəticələrə görə bonus əldə edəcək.
Qeyd edək ki, Massimilinao 2010-2014-cü illərdə "rossoneyerilər"ə başçılıq edib. O, 2011-ci ildə komandanı A Seriyasının çempionu titulunu qazandırıb.
İdman.biz