Alisson zədə səbəbindən "Çelsi" ilə növbəti matçı buraxacaq.
İdman.biz bildirir ki, "Liverpul"un qapıçısı Çempionlar Liqasının 2-ci turunda "Qalatasaray"a 0:1 hesabı ilə uduzduqları matçda zədələnib. Onu ikinci hissədə Giorgi Mamardaşvili əvəzləyib.
Mersisayd komandasının baş məşqçisi Arne Slot matçdan sonra elan edib ki, Alisson şənbə günü Premyer Liqanın 7-ci turunun "Çelsi"yə qarşı oyununu buraxacaq.
"Meydançanı belə tərk etmək heç vaxt yaxşı hal deyil. Onun şənbə günü oynamayacağına əmin ola bilərsiniz", - Slot deyib.