Qadın və kişi futbolu arasındakı maaş fərqi ilə bağlı açıqlama verən İsveçrə millisinin və "Lester Siti"nin futbolçusu Alişa Leman bu mövzuda şəxsi təcrübəsindən danışıb.
İdman.Biz xəbər verir ki, futbolçu özünü ulduz hesab etmədiyini, adi bir insan kimi yaşadığını bildirib.
Onun sözlərinə görə, məşqdən sonra evə qayıdır, yemək bişirir və hər kəs kimi gündəlik həyat sürür. Leman qeyd edib ki, məşqlərdən sonra bu mövzuda tez-tez sevgilisi Duqlasla söhbət edir və mövcud vəziyyəti ədalətsiz hesab edir.
Futbolçu vurğulayıb ki, eyni işi görsələr də, qazanc baxımından aradakı fərq çox böyükdür:
"Kişi futbolçular bəzən qadın futbolçulardan on minlərlə dəfə artıq maaş alır və bu, sistemli problemdir".
Lemanın bu etirafı sosial şəbəkələrdə geniş rezonans doğurub və qadın futbolunda bərabər əməkhaqqı mövzusunu yenidən gündəmə gətirib.
Qeyd edək ki, Lemanın açıqlamasında adını çəkdiyi Douqlas Luiz Braziliya millisinin yarımmüdafiəçisidir və hazırda İngiltərənin "Nottinqem Forest" komandasında oynayır.