"Yuventus"un qadın komandasının yarımmüdafiəçisi Alişa Lemann İtaliyanın digər klubu "Komo"ya keçib. Sport24.az xəbər verir ki, 26 yaşlı forvard ötən mövsüm Turin təmsilçisinin heyətində bütün turnirlərdə 22 oyunda 2 qol vurub.
O, "Yuve"yə 2024-cü ildə "Aston Villa"dan keçmişdi.
Qeyd edək ki, Lehmann 2017-ci ildən İsveçrə millisinin heyətində keçirdiyi 62 oyunda 9 qol vurub.