top
Alfons Msanqa: Şamaxı yeni mövsümə hazırdır, ilk oyun çox önəmlidir Idman.biz
15 avqust 2025, 11:59
- ↺ +

Alfons Msanqa: "Şamaxı" yeni mövsümə hazırdır, ilk oyun çox önəmlidir

"Şamaxı"nın tanzaniyalı yarımmüdafiəçisi Alfons Msanqanın futbolinfo.az saytına müsahibəsi

– Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümü start götürür. "Şamaxı" yeni sezona tam hazırdır? Yay hazırlıq prosesini səmərəli keçə bildinizmi?

– Bəli, biz hazırıq. Yeni mövsümə əla hazırlaşmışıq. Yoxlama matçlarımızın nəticələrindən də göründüyü kimi, yaxşı hazırlıq prosesi keçmişik. Əminliklə deyə bilərəm ki, bizim güclü komandamız var.

– İlk turda "Neftçi"nin qonağı olacaqsınız. Şansları necə dəyərləndirirsiniz? Liqaya qələbə ilə başlaya biləcəksiniz?

– "Neftçi"yə hörmətlə yanaşıram, yaxşı klubdur, onlar da yeni mövsümə yaxşı hazırlaşıblar. Amma bizim üçün ilk oyun çox önəmlidir. Çünki bu oyun haraya doğru istiqamət alacağımızı müəyyən edəcək. Çempionata yaxşı başlamaq lazımdır. Tam olaraq "Neftçi" ilə görüşə fokuslanmışıq və bu rəqabətə hazırıq.

– Bu yay "Şamaxı"dan çoxlu futbolçu ayrıldı, əvəzində xeyli yeni transfer edildi. Heyətdəki dəyişikliklər komandanıza necə təsir edib? "Şamaxı" ötən mövsümlə müqayisədə güclənib, ya zəifləyib?

– Yaxşı heyətimiz var. Məşqçilər korpusu yeni transferlər məsələsində əla seçimlər ediblər. Mövsümlərarası hazırlıq prosesinə başlayandan bəri hər gün bir yerdə olmuşuq və bir-birimizi, necə oynadığımızı daha yaxından tanımışıq. Buna görə də deyə bilərəm ki, "Şamaxı" indi daha güclüdür və mövsümə tam hazırdır.

– Yeni mövsümdə komandanızın məqsədi nə olacaq? Neçənci yerlər uğrunda oynamağa gücünüz çatar?

– Əlbəttə, hər dəfə yeni mövsümə başlayanda komandanın hədəfi olur. Bu sezon əsas məqsədimiz ötən mövsümlə müqayisədə daha yaxşı çıxış etməkdir. Bunun üçün əlimizdən gələni edəcəyik.

– Brahim Konate və Leroy Mikels kimi futbolçuların gedişindən sonra komandanın əsas liderlərindən biri siz olacaqsınız. Bu missiyanı daşıya biləcəksiniz?

– Əlbəttə, daşıya biləcəyəm. Bildiyiniz kimi, Mikels və Konate ötən mövsümü yaxşı keçirdilər. Onlar keyfiyyətli və əla oyunçulardır. Mənim üçün isə bu mövsüm özümü göstərmək mövsümüdür. Artıq Azərbaycan Premyer Liqasında təcrübəm var, ona görə də yaxşı sezon keçirməyə və komandama xallar qazanmaqda yardımçı olmağa hazıram.

– Komandanızda xeyli gənc yerli futbolçu var. Öz təcrübənizi, bildiklərinizi məşqlərdə onlarla paylaşırsınız?

– Bəli, onlarla danışmışam. Hər biri keyfiyyətli və yaxşı oyunçudur. Gördüyüm qədərilə qələbələr qazanmaq və yaxşı mövsüm keçirmək istəkləri var. Rəqabətə tam hazırdırlar və mən onlara görə də sevinirəm.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 15:42

“Ronaldu komandanı da, məni də yarı yolda qoydu”: Ten Haq “Mançester Yunayted”in sirlərini açıqladı

Digər
Bu gün, 15:40

Ruslar özbəkləri seçdi

Qarabağ FK
Bu gün, 15:27

“Qarabağ”ın sabiq futbolçusu: “Sabah”dan uğurlu nəticə gözləyirik”

Digər
Bu gün, 15:11

Voleybol üzrə Azərbaycan çempionu “Turan” “Mladost”a qarşı: Tovuz klubu Avropada sözünü deyə biləcəkmi? - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 15:00

Luis Enrike: Barcelona dünyanın ən yaxşı komandalarındandır, ideal komanda yoxdur

Futbol
Bu gün, 14:57

Vitinya: "Barçelonanın inanılmaz yarımmüdafiə xətti var, maraqlı taktiki mübarizə gözləyirik"

Güləş
Bu gün, 14:54

Qazaxıstanda keçiriləcək dünya çempionatı üçün Azərbaycanın güləş millilərinin heyəti müəyyən olunub

Futbol
Bu gün, 14:42

"Neftçi"nin üzvlüyündə məşbufa - gənc futbolçu Şəhid qardaşına həstırlanıb kərış

Futbol
Bu gün, 14:40

Mançester City ciddi itki ilə üzləşib – Semenyo yaralandı

Futbol
Bu gün, 14:32

Sergen Yalçın Türkiyə milli komandasının baş məşqçisi təyin edildiyini açıqladı

Olimpiada
Bu gün, 14:12

Azərbaycanın birincisi tramplindən xizəklə tullanma idmançısı: Qorxunu yenib, fərqli reaksiya verir

Futbol
Bu gün, 14:00

İlkin Qırtımov Qəbələdə məşqçi vəzifəsini qəbul etdi

Futbol
Bu gün, 13:57

DPA: 'Sabah'ın Borussia qarşılaşmasında mövsümdə ən yüksək izləyici sayı gözlənilir

Futbol
Bu gün, 13:42

Neftçi Breno Almeyda transferi ilə bağlı şayiələrə aydınlıq gətirdi

Futbol
Bu gün, 13:40

Arsenal Deklan Raysa yeni müqavilə təklif etdi

Futbol
Bu gün, 13:37

Ronaldo cəzasının yüngülləşdirilməsini tələb etdi

Futbol
Bu gün, 13:35

Azərbaycan qadın futbol millisinin FIFA reytinqindəki mövqeyi dəyişməyib;

Basketbol
Bu gün, 13:28

Baş məşqçi Natali Nakase oyunçulara atəş və partlayış səsləri ilə motivasiya verir

Futbol
Bu gün, 13:20

Vitinya: Ballon d'Orun PSG oyunçusuna qalması ən haqlı nəticə olardı

Futbol
Bu gün, 13:00

Rüstəm Məmmədov: “Hadisə şişirdilib, heç kimə fiziki zor tətbiq etməmişəm”

Digər
Bu gün, 12:58

“Barselona” “Panatinaikos”dan ucuz oldu: Qazaxıstanda “Sabah” və “Kayrat”ın bilet qiymətləri müqayisə edildi - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 12:42

Timoteuş Puxaç: Karyeramı bitirəndə də Bakıya qayıdacağam - müsahibə

Futbol
Bu gün, 12:40

Liverpool, Bornmutdan Aleks Skott və Monakodan Lamin Kamara transferini nəzərdən keçirir

Futbol
Bu gün, 12:31

Harry Kane 100 oyunda 102 qol vurar, Bundesliqa rekordunu qırdı

Oxşar xəbərlər