"Neftçi" yollarını ayırmaq istədiyi futbolçu Alfo Konte ilə hələ də razılaşa bilmir. Sport24.az-ın əldə etdiyi məluma görə, oyunçu hazırda əvəzedici komandanın baş məşqçisi Rəşad Abdullayevin rəhbərliyi altında məşq edir.
"Ağ-qaralar" Konte ilə vidalaşa bilməsə, onu növbəti mövsüm Əvəzedicilər Liqasında oynadacaq.
Bakı təmsilçisi bu barədə yarımmüdafiəçini də məlumatlandırıb.
Qeyd edək ki, Alfa Konte baş məşqçi Samir Abasovun planlarına daxil olmadığı üçün Polşadakı təlim-məşq toplanışına aparılmayıb.