top
Aleksey Savinov: Petrokubun Sabaha qarşı comeback şansı yüksəkdir Idman.biz
25 iyul 2025, 14:17
- ↺ +

Aleksey Savinov: "Petrokub"un "Sabah"a qarşı "comeback" şansı yüksəkdir

Azərbaycanda uzun illər legioner həyatı yaşamış, "Bakı" və Moldova millisinin sabiq kapitanı Aleksey Savinov Sportal.az saytına müsahibəsi

- "Petrokub"un "Sabah"la görüşdə uğurlu nəticə qazanacağına inanırdın?

- Əlbəttə ki, "Petrokub"un uğurlu nəticə qazanacağına inanırdım. İndiki durumda belə, "Petrokub"un mərhələ adlayacağına inanıram. Bilirəm ki, "Petrokub" "Sabah"a asan təslim olmayacaq. Çünki onlar güclü xarakterə malik komandadır. Cavab görüşü də maraqlı keçəcək.

- "Sabah" Avropa Liqasında təsnifat mərhələsində "Çelye"yə uduzaraq, iştirakına Konfrans Liqasında davam edəcək. Onlardan gözlənti yüksəkdir. Sənin bu haqda fikrin necədir? "Sabah"ı bəyəndin?

- "Sabah"ı səfərdə uğurlu nəticə münasibəti ilə təbrik etmək lazımdır. Onlar "Petrokub"la görüşdə qol buraxmadı. Bu da onu göstərir ki, "Sabah" yaxşı təşkilatlanmış komandadır. İki qol vurdular, "Petrokub"un futbolçularının fərdi səhvlərindən də yaxşı istifadə etdilər. Demək ki, düzgün strategiya qurulub və hücum mövqeyində fərdi ustalığı yüksək olan oyunçular oynayır.

- Necə düşünürsüz, "Petrokub" "Sabah"la Bakıdakı görüşdə geridönüş edə biləcək?

- Əminəm ki, "Sabah"ın arxayınlaşması üçün hələ çox erkəndir. Təkrar edirəm ki, "Petrokub" xarakteri olan komandadır. İnanıram ki, onlar sona qədər mübarizə aparacaq.

- Bəs, Bakıdakı matçla bağlı proqnozunuz necədir?

- Proqnoz vermək xoşlamıram. Amma bayaq dediyimi təkrar edəcəm. Əminəm ki, "Petrokub" səfər görüşünə daha yaxşı hazırlaşıb, sonuna qədər mübarizə aparacaq.

- "Petrokub" növbəti mərhələyə vəsiqə qazanmasa, Moldovada bunu necə qarşılayacaqlar?

- Təbii ki, bu, yaxşı nəticə hesab edilməyəcək. Komanda əvvəllər avrokuboklarda uğurlu nəticələr əldə edib. Azarkeşlərin gözləntisi də başqa cürdür. Əminəm ki, klub rəhbərliyi, məşqçilər korpusu və futbolçuların özləri daha da irəli getməsələr, sevinməyəcəklər. Cavab oyunundan əvvəl favorit "Sabah"dır. Lakin "Petrokub" "comeback" etməyə qadirdir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər