top
Aleksey Kaşuk: Heç bir Azərbaycan klubuna keçidim mümkün deyil - Müsahibə Sport24.az
04 avqust 2024, 14:20
- ↺ +

Aleksey Kaşuk: "Heç bir Azərbaycan klubuna keçidim mümkün deyil" - Müsahibə

"Sabah" - "Makkabi" qarşılaşmasını izləyənlər arasında Aleksey Kaşuk da vardı. Matçdan sonra "bayquşların" sabiq üzvü Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Öncə oyunla bağlı fikirlərini bilmək istərdik...
- Nəfəskəsən, həyəcanlı, gərgin qarşıdurma izlədik.
Təbii ki, mən də daxil, çoxları bu qədər qolun qeydə alınacağı və oyunun əsas vaxtında "Sabah"ın məğlub olacağını gözləmirdi. Çox ağır qarşılaşma oldu. Sevindirici hal odur ki, sonda penaltilər seriyasında Azərbaycan təmsilçisi qalib gəldi. Əminəm ki, azarkeşlər bu matçı heç vaxt unutmayacaq.

 

- Xoş sonluqla başa çatan belə bir gərgin oyunda "Sabah"ın heyətində olmaq istərdin?
- "Sabah" mənim üçün doğma komandadı. Təbii ki, kənardan azarkeş kimi oyunu izləmək ağırdı. Amma reallıq odur ki, artıq bu komandanın üzvü deyiləm. Buna rəğmən bütün ruhum və qəlbimlə Masazır təmsilçisinin qələbə qazanmasını istəyirdim. Əsas odur ki, həm onların, həm də mənim istəyim reallaşdı.

 

- Çoxları matçın qəhramanı kimi Yusif İmanovu görür. Sən necə düşünürsən?
- Təbii ki, Yuskanın (Yusifi belə çağırır) oyundakı kritik seyvləri yadda qalan oldu. Amma bütün komanda sonadək mübarizə apardı. Kollektiv olaraq rəqibin matçın əsas və əlavə olunan dəqiqələrdə qələbə qazanmasına imkan vermədilər.

 

- Necə düşünürsən, Yusif bu gün Ukrayna və Avropa klublarında legioner həyatı yaşaya bilər?
- Tək Yuskanın yox, "Sabah"dakı digər azərbaycanlı oyunçuların da xarici klublarda oynamaq potensialı var. Fikrimcə, "bayquşlar" Konfrans Liqasında nə qədər irəliləsələr komandanın futbolçularına maraq da artacaq.



- "Makkabi" səddindən sonra "Sabah"ın qrup mərhələsinə düşəcəyinə inanırsanmı?
- İnanıram və gözləyirəm ki, onlar bunun öhtəsindən gələcək.


- Çoxları sənin "Qarabağ" və ya "Sabah" keçəcəyini gözləyirdi. Amma bu reallaşmadı. Bəlkə başqa bir klubumizla danışıqlar aparırsan?
- Heç bir Azərbaycan klubuna keçidim mümkün deyil. Bura gəlməyimin səbəbi başqadı. Bakıda mənə əziz və dost olan insanlar var, onlarla görüşməyə gəlmişdim. Sadəcə, səfərim həm "Qarabağ"ın, həm də "Sabah"ın avrokubok matçlarına təsadüf etdiyindən hər iki komandanın oyunlarını stadiondan canlı izləmək istədim.

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

Aston Villa 19 yaşlı yarımmüdafiəçisini beş illik müqavilə ilə bağladı

Basketbol
Bu gün, 09:31

Neftçi Yunanistanın 'Mikonos' klubu ilə FIBA Avropa Kubokunda görüşəcək

Futbol
Bu gün, 09:20

Fransa klubu Yannik Kaüzakı işdən çıxarır

Basketbol
Bu gün, 09:15

Azərbaycanda qadın basketbol milli komandası Avropa çempionatı seçməsində İsveçrə ilə üz-üzə gəlir

Futbol
Bu gün, 09:08

Athletic'in 17 yaşlı futbolçusu Kristian İmqa'ya 15 Çempionlar Liqası klubu maraq göstərir

Futbol
Bu gün, 09:06

AFFA-nın Kifayət Mustafayeva UEFA-nın qadınlar Çempionlar Liqasının IV turu nümayəndəsi təyin edildi

Voleybol
Bu gün, 09:00

Xilasedici komandası CEV Çempionlar Liqasında cavab oyununa çıxır

Futbol
Bu gün, 09:00

Markus Türam Interin yeni təklif etdiyi müqavilə uzatmasını rədd etdi

Futbol
Bu gün, 08:40

Qalatasaray, Ştutqartın 40 milyon avroluq oyunçusu Bilal El Xannusuna maraq göstərir

Futbol
Bu gün, 08:20

Frankfurt Alman klubu Arno Kalimuendo üçün Nottingem Forest-dan transferi nəzərdən keçirir

Futbol
Bu gün, 08:12

“Arsenal” qış transfer pəncərəsində dörd oyunçunu nəzərdən keçirir

Futbol
Bu gün, 08:00

Cek Rudoni qışda Coventri-dən ayrılmaq üzrədir

Basketbol
Bu gün, 07:46

"Trabzonspor" basketbol komandası "Sabah" məğlubiyyəti üzündən baş məşqçi Selçuk Ernakı işdən çıxardı;

Futbol
Bu gün, 07:21

Rio Nqumoa “Çelsi”dən ayrılma səbəbini və Liverpoola keçidini izah etdi

Futbol
Bu gün, 06:13

Maktominey: Dünya çempionatının ilk oyununa iki gün qalmış ürək müdaxiləsi üçün xəstəxanada oldu

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Oxşar xəbərlər