İspaniyanın "Atletiko" klubunun futbolçusu Aleksandr Sörlot azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.
"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu pley-off mərhələsinin cavab oyununda "Brügge" (Belçika) ilə keçirilən görüşdə (4:1) het-trik edərək komandasının qələbəsində əsas pay sahibi olub.
Qeyd edək ki, norveçli futbolçu səsvermədə Yens Petter Hauqe ("Budyo Qlimt"), Orelyen Çuameni ("Real") və Viktor Osimheni ("Qalatasaray") qabaqlayıb.