top
Aleksandr Səmədov: Azərbaycana mütləq gələcəyəm, Gəncəyə səfər etmək arzumdur Idman.biz
25 sentyabr 2025, 13:27
- ↺ +

Aleksandr Səmədov: Azərbaycana mütləq gələcəyəm, Gəncəyə səfər etmək arzumdur

Bir müddət əvvəl Aleksandr Səmədov Rusiyanın ən tanınmış və sevilən futbolçularından biri idi. O, hansı klubun formasında çıxış etməsindən asılı olmayaraq azarkeşlərin rəğbətini qazanırdı. Millidə başqa ölkəni təmsil etməsinə baxmayaraq, Azərbaycanda da Səmədova xüsusi simpatiya var idi.

İdman.biz oxucularına Aleksandr Səmədovla eksklüziv müsahibəni təqdim edir:

– Paytaxtın demək olar ki, bütün aparıcı klublarında oynamış Rusiyanın yaxın keçmişdəki ən yaxşı futbolçularından biri hazırda harada çalışır?

– Artıq dörd ildir ki, Moskvanın 500 kilometr uzaqlığında yerləşən Voronej şəhərinin "Fakel" klubunda işləyirəm.

– Bəs Rusiyanın futbol əfsanəsi üçün Moskvanın özündə iş yeri tapılmadımı?

– Mənim üçün əsas odur ki, sevdiyim işlə məşğul olum. Harada olmağımın isə böyük fərqi yoxdur.

– Siz uzun müddətdir Azərbaycana gəlmirsiniz. Buna nə mane olur?

– İş. Çox istərdim heç olmasa "Formula-1" Qran-prisinə görə Bakıya gəlim, amma alınmadı. Son dəfə "Çelsi" ilə "Arsenal" arasında Avropa Liqasının finalında olmuşdum. O vaxtdan bəri yolum düşməyib, amma mütləq gəlmək niyyətindəyəm.

– Altı il əvvəl Bakıya səfəriniz sizdə hansı təəssüratlar yaradıb?

– İlk növbədə gözəlliyi! Möhtəşəm şəhərdir! İçərişəhər isə ümumiyyətlə unudulmazdır. Tarixi olduğu kimi saxlamağınız çox sevindirici haldır. İnsanlar da çox mehriban idilər.

– Ancaq yaxınlarda Moskvada keçirilən "Əfsanələr Kuboku"nda Arif Əsədovla söhbətiniz zamanı dediniz ki, Azərbaycanda sizi çox da sevmirlər…

– Əşi, o çoxdan olub (gülür). Mən Rusiya millisində oynayanda Azərbaycanla qarşılaşmışdıq. Hətta Rəşad Sadıqovla kiçik bir insidentimiz də olmuşdu. Azarkeşlər də məni fitə basırdı. Amma bu, çoxdan keçmişdə qalıb. Sonra Avropa Liqasının finalına qonaq kimi gələndə atmosfer tamam fərqli idi.

– Bəs yeməklərdən nələr yadınızda qaldı? Bilirəm, Moskvada da kifayət qədər azərbaycanlı restoranları var, amma yenə də…

– Ən dadlı dolma Azərbaycandadır! Onu çox sevirəm. Amma pomidorlar məni bir qədər təəccübləndirdi. Elə bilirdim ki, hamının təriflədiyi kimi çox dadlı olacaq, amma gözlədiyim kimi olmadı.

– Çünki ən yaxşı pomidorlarımız tez-tez Moskvaya göndərilir. Xüsusilə Zirədə yetişdirilənlər. Yeri gəlmişkən, "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqovdur, yəqin yaxşı tanıyırsınız…

– Doğrudanmı? Bunu bilmirdim. Gələn dəfə gələndə xüsusi olaraq Zirə pomidorlarını süfrəyə istəyə bilərəm (gülür).

– Bəs növbəti səfərinizi nə vaxt planlaşdırırsınız?

– İsti mövsümdə – ya yazda, ya da yayda mütləq Azərbaycana gələcəyəm. Arzum odur ki, ailəmlə birlikdə Gəncəyə gedib ulu babamın evini görüm və məzarını ziyarət edim. Bu səfərin baş tutacağına əminəm.

– O zaman səbirsizliklə gözləyirik! Ümid edirik, söhbətimizi artıq Bakıda davam etdirərik.

– Çox sağ olun, mütləq davam etdirəcəyik…

Vüqar Vüqarlı

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər