top
Aleksandr Ramalinqom: Daha inamlı və iddialı 'Sumqayıt' olacağıq Idman.biz
13 yanvar 2026, 18:14
- ↺ +

Aleksandr Ramalinqom: "Daha inamlı və iddialı 'Sumqayıt' olacağıq"

"Komandanın çıxışı yaxşı idi. Üçüncü və dördüncü yerlə aramızdakı xal fərqi azdır".

Bunu "Sumqayıt"ın madaqaskarlı hücumçusu Aleksandr Ramalinqom AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Bir müddətdir Antalyada təlim-məşq toplanışı keçirirsiniz. Hazırlıq necə gedir?

- Hazırlıq yaxşı gedir. Bütün futbolçular Misli Premyer Liqasının ikinci hissəsinə hazır olmaq üçün əllərindən gələni edirlər.

- Keçirdiyiniz iki yoxlama oyununda da məğlub oldunuz. Bu matçlar barədə nə deyə bilərsiniz? Hansı çatışmazlıqları gördünüz?

- Nəticə bu mərhələdə o qədər də önəmli deyil. Təbii ki, qələbə qazanmaq istəyirik, amma əsas məqsəd komandamızın liqaya tam hazır olmasıdır. Hazırda öz üzərimizdə işləyirik.

- "Sumqayıt" mövsümün ilk hissəsini 27 xalla 5-ci pillədə başa vurdu. Komandanızın performansını necə dəyərləndirirsiniz?

- Komandanın çıxışı yaxşı idi. Üçüncü və dördüncü yerlə aramızdakı xal fərqi azdır. Bu baxımdan vəziyyət qənaətbəxşdir və bu səviyyəni qoruyub saxlamaq istəyirik.

- Qış fasiləsindən sonra azarkeşləri necə bir "Sumqayıt" gözləyir?

- Ümid edirəm ki, azarkeşlər eyni, hətta daha yaxşı "Sumqayıt" komandası görəcəklər. Daha çox inamla, birlikdə hərəkət edən kollektivimiz var. Komandada ab-hava yaxşıdır. İkinci yarıda daha inamlı və iddialı komanda olacağıq.

- Azərbaycan Premyer Liqası barədə nə düşünürsünüz? Hansı üstünlükləri və çatışmazlıqları var?

- Premyer Liqa yaxşı səviyyədədir. Məncə, iki il əvvəlki vəziyyətlə müqayisədə daha yaxşıdır.

- Bu mövsüm qarşıya qoyduğunuz əsas hədəf nədir?

- Əsas məqsədimiz turnir cədvəlində mümkün olan ən yüksək pillədə mövsümü başa vurmaqdır. Hər oyuna ayrıca yanaşacağıq və nəticələrə uyğun irəliləyəcəyik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Futbol
Bu gün, 19:31

Teddi Şerinqem “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikinə tənqid etdi: Komanda nə edəcəyini bilmir

Futbol
Bu gün, 18:56

Bernaldan “Real Madrid”ə mesaj: “Avropanın ən yaxşı komandası Barcelona‑dır”

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Futbol
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci tur epizodlarına şərh verdi

Futbol
Bu gün, 18:26

Kerem Aktürkoğlu mövsüm sonunda Fənərbaxçadan ayrılaraq Avropaya qayıtmağı planlayır

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu: “Neftçi” bu mövsüm çempion olacaq”

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki yeni transfer həyata keçirməyi hədəfləyir

Basketbol
Bu gün, 17:36

İoannis Diamantakos: Gənc qadın basketbol komandamız üçün əsas məqsəd təcrübə toplamaqdır

Digər
Bu gün, 17:31

Fransa klubunun futbolçusu Vanis Onsor məşq zamanı vəfat edib

Cüdo
Bu gün, 17:30

Eşitmə məhdudiyyətli idmançılar üçün cüdo Avropa çempionatı Azərbaycanda keçirilməsi qürurvericidir

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Basketbol
Bu gün, 17:07

Çerри Блейкс: «Трабзонспор» яға қаләбә єлә təсдіқ etdiyimizi sübuta vetirdik

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Boks
Bu gün, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 IV Gənclər Yay Olimpiya Oyunlarının finalına yüksəldi

Oxşar xəbərlər