top
Aleksandr Ramalinqom: Baş məşqçi şans versə, penaltiləri yenə vuracam Idman.biz
10 noyabr 2025, 16:38
- ↺ +

Aleksandr Ramalinqom: "Baş məşqçi şans versə, penaltiləri yenə vuracam"

"Əgər baş məşqçi mənə şans verərsə, penalti zərbələrini yenə də vuracam! Doğrudur, penaltini vura bilmədim, amma futbolda belə şeylər olur".

Bunu "Sumqayıt"ın hücumçusu Aleksandr Ramalinqom sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- "Sumqayıt" "Qəbələ" ilə matçda qələbə qazandı. Görüş haqda nə fikirləşirsiz? Hər şey istədiyiniz kimi alındı?

- Bəli, belə demək olar. Çünki milli fasilədən öncə Sumqayıta 3 xalla qayıtdıq. Bu da bizim üçün yaxşıdır. Qazanılan nəticə bizi sevindirir.

- "Sumqayıt"da işlər heç də yaxşı getmirdi. "Araz-Naxçıvan" üzərində qələbə sizə böyük motivasiya verib? Hər halda, sonrakı turda da "Qəbələ"ni məğlub etdiniz...

- "Sumqayıt"da işlər pis deyildi. Doğrudur, bəlkə matçlarda yaxşı nəticə olmurdu. Amma bizim yaxşı oyunumuz var. Oyunlar oldu ki, biz məğlubiyyətə layiq deyildik. Buna görə də çox çalışmağa davam edirik. İndi isə ardıcıl iki qələbə qazanmışıq.

- Bu durumda çempionata fasilə verilməsi, sizin üçün pis oldu? Sanki komanda yeni-yeni özünə gəlirdi....

- ⁠Xeyr, mən belə düşünmürəm. Çünki hamının istirahət etməyə ehtiyacı var. Ona görə də pis deyil. Bu milli fasilədən daha yaxşı qayıtmaq və növbəti oyuna hazır olmaq üçün daha çox çalışacağıq.

- "Qəbələ" ilə görüşdə də penaltini dəqiq yerinə yetirə bilmədiz. Penaltilərlə bağlı problem nədir? Yoxsa, növbəti dəfə yenə vuracaqsız?

- Əgər baş məşqçi mənə şans verərsə, penalti zərbələrini yenə də vuracam! Doğrudur, penaltini vura bilmədim, amma futbolda belə şeylər olur. Qol vurmalıyam, amma qaçırıram! Hər halda, o epizodda Rüstəm Əhmədzadə qol vurdu. Eyni zamanda həm onun, həm də komandanın uğurundan məmnunam. Bu, ən vacib şeydir.

- "Sumqayıt"ın bu mövsüm avrokuboklara vəsiqə qazanması realdır? Sizcə, bunu bacaracaqsınız?

- ⁠Bunu mövsümün sonunda görəcəyik. Biz maksimum nəticə göstərməyə, maksimum xal qazanmağa çalışacağıq. Sonda isə necə olacağını görəcəyik. Yaxşı komandamız var.

- Saşa İliç özü də çox yaxşı klublarda, güclü millidə futbol oynayıb. Maraqlıdır, şəxsi olaraq, sizə hücumçu kimi keyfiyyəti artırmaq baxımından hansısa göstərişlər verir?

- Bəli. Əlbəttə ki, o, bütün futbolçular üçün fərdi təlimatlar da verir. Yəni, hansı məqamda nə qədər yaxşılaşdıra bilərik mənasında. Yaxşı mövsüm keçirmək istəyiriksə, bu normal və yaxşıdır.

- "Səbail"də də oynamısız və orada da çox yaxşı performans göstərmişdiz. Sizə "Səbail"də daha rahat idi, yoxsa "Sumqayıt"da?

- Bəli, "⁠Səbail"lə bağlı da yaxşı xatirələrim var. Amma indi "Sumqayıt"dayam və burada olduğum üçün xoşbəxtəm. Maksimum gücümü sərf edəcəyəm.

- Misli Premyer Liqasında yaxşı performans göstərirsiz. Mozambik millisinə dəvət edilmək şansınız var?

- ⁠Xeyr, düşünmürəm. Neçə dəfə şəxsi problemim üzündən gedə bilməmişəm. İndi isə onların yaxşı liqada çıxış edən yaxşı gənc hücumçusu var. Onlara da uğurlar arzulayıram.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Oxşar xəbərlər