"Ştutqart"ın üzvü Aleksandr Nübel UEFA Avropa Liqası matçında məhsuldar ötürmə verən ilk alman qapıçı olub.
"Report" "Opta"ya istinadən xəbər verir ki, 28 yaşlı qolkiper bunu İspaniya təmsilçisi "Selta"ya qalib gəldikləri əsas mərhələnin I turunun oyununda bacarıb.
O, 51-ci dəqiqəqədə assist müəllifi olub. Nübel karyerasında ilk məhsuldar ötürməsinə 2024/2025 mövsümündə, "Maynts 05" ilə qarşılaşmada imza atıb.
Qeyd edək ki, "Ştutqart" "Selta"nı 2:1 hesabı ilə üstələyib.
UEFA Avropa Liqası Məhsuldar ötürmə "Ştutqart" klubu Aleksandr Nübel