top
Aleksandr Jidkov: Neftçi mənim karyeramda birinci yerdədir! Idman.biz
17 oktyabr 2025, 17:31
- ↺ +

Aleksandr Jidkov: "Neftçi" mənim karyeramda birinci yerdədir!

Aleksandr Jidkov "Neftçi"də cəmi üç ildən bir qədər artıq çıxış etsə də, klub tarixində dərin iz buraxıb. Onun adı həmişə əfsanəvi Sergey Kramarenkodan sonra çəkilir - çünki məhz onun yerinə gəlmişdi. Hərçənd ki, Azərbaycanla onu birləşdirən dövr qısa olub, Jidkov ölkəmizin yığmasında çıxış etmək təklifini məmnuniyyətlə qəbul edib. O, bunu futbolçuların yalnız azarkeş alqışları ilə kifayətləndiyi ağır 90-cı illərdə edib. Məhz buna görə də Azərbaycanda bu günədək ona isti münasibət və böyük hörmətlə yanaşırlar.

İdman.Biz "Neftçi"nin və Azərbaycan millisinin sabiq qapıçısı Aleksandr Jidkovla eksklüziv müsahibəni təqdim edir.

- Hazırda Aleksandr Jidkov nə işlə məşğuldur?

- Moskva vilayətinin Noqinsk şəhərində yaşayıram. Həvəskarlar komandası olan "Krasnoye Znamya"da çalışıram və yəqin ki, biz İkinci liqaya vəsiqə qazanacağıq. Amma bu klubla əməkdaşlığı davam etdirib-etdirməyəcəyimi hələ dəqiq deyə bilmərəm.

- Rinat Dasaev kimi veteranların təşkil etdiyi turnirlərdə iştirak edirsinizmi?

- Xeyr, etmirəm. Cəmi bir dəfə, təxminən beş il əvvəl Lev Yaşinin xatirəsinə həsr olunmuş turnirdə oynamışam - o vaxt keçmiş SSRİ-dən bütün qapıçılar toplanmışdı.

- Uzun karyeranız ərzində Rusiya, Ukrayna və İsrail klublarında çıxış etmisiniz. "Neftçi" sizin karyeranızda hansı yeri tutur?

- Mən həmişə demişəm və yenə deyirəm: mənim üçün "Neftçi" karyeramda birinci yerdədir! Çox az futbolçuya 18 yaşında yüksək liqa klubunda oynamaq nəsib olur. Bu unudulmaz hissdir - sənə inanırlar, baş məşqçi heyətinin və bütün respublikanın dəstəyini hiss edirsən. Azərbaycan millisində çıxışım mənə göstərilən o inama təşəkkür aktı idi. Azərbaycan həmişə qəlbimdədir!

- Amma Azərbaycanda məşqçi kimi fəaliyyətiniz zamanı xoşagəlməz hadisə də yaşamısınız. Nə baş vermişdi?

- Bəli, hər şey istədiyimiz kimi alınmadı. Bizdən heç nə asılı deyildi - "İrəvan" klubunun rəhbərliyi müqavilə üzrə ödənilməli olan məbləği verə bilmədi. Təkcə mənə yox, digər məşqçilərə və futbolçulara da borclu qaldılar. Buna görə də dörd ay işləyib ayrıldım.

- Bu hadisə sizi kluba dəvət edənlərlə münasibətinizə təsir etdi? Xüsusən də Nazim Süleymanov və digər məşqçilərlə? O dörd ayı necə keçirdiniz?

- Qətiyyən, nə Nazimə, nə də digər uşaqlara qarşı heç bir narazılığım yoxdur - onlar günahkar deyildilər. Günah tamamilə klub rəhbərliyində idi. Sadəcə, qeyri-peşəkar insanlardı. O müddətdə isə öz şəxsi vəsaitim hesabına yaşadım.

- Futbolçu olduğunuz dövrdə niyə "Neftçi"dən Kiyev "Dinamo"suna keçdiniz? Axı burada sizə inanırdılar, azarkeşlər sizi sevirdi, maddi məsələlər də sizin üçün əsas deyildi. Belə çıxır ki, Lobanovski sizi dəvət edib sonra ehtiyatda saxlayaraq aldatdı?

- Hər bir idmançı Avropa səviyyəsində oynamağı arzulayır. Lobanovski mənə dedi: "Sən artıq "Neftçi"ni aşmısan. Əgər yığmada oynamaq, inkişaf edib Avropaya çıxmaq istəyirsənsə, bizə keç." Mən belə təklifdən necə imtina edə bilərdim? Maddi şərait o vaxt hər yerdə eyni idi: maşın, mənzil... Məni heç nə ilə aldatmadılar. Sadəcə, Avropa səviyyəsində oynamaq və yığmada çıxış etmək istəyirdim. Alınmadısa, bu, yalnız mənim günahımdır. Valeri Vasilyeviç mənə şans verdi, amma mən ondan yararlana bilmədim. O, mənə əsas heyətdə yerə zəmanət verməmişdi, sadəcə, mən Viktor Çanovla rəqabətdə uduzdum.

- "Spartak"la oyundan sonra şansınızı itirdiniz? Amma axı "Neftçi"də də ilk oyununuz uğursuz alınmışdı - "Dinamo"dan dörd qol buraxmışdınız, amma yenə də əsas heyətdə qaldınız.

-Bəli, "Spartak"la oyunda çıxış zamanı kobud səhv etdim, məğlub olduq vəssalam – ehtiyatda qaldım və oradan bir daha çıxmadım. Böyük klublarda ikinci şans verilmir. Amma "Neftçi"də vəziyyət fərqli idi. İlk oyundan sonra çox həyəcanlı idim, amma mənə dedilər: "Heç nə olmaz, oynamağa davam et." İdmanda ən vacib şey etimaddır. "Neftçi" mənə inanırdı. Necə ki, indi Akinfeyevə "CSKA"da inanırlar – artıq təxminən 25 ildir ki, eyni klubun qapısını qoruyur.

- "Neftçi"də sizə kim inanmışdı? 18 yaşlı gəncə qapını etibar edən kim idi?

- Bu, 1983-cü il idi, SSRİ xalqları spartakiadası keçirilirdi. İlk oyundan sonra mənə təklif etdilər. Mən hərbi xidmətə çağırılan idim, o isə mənə bu məsələdə kömək edəcəyinə söz verdi. Finaldan sonra yenə mənimlə danışdı. Bu, "Neftçi"nin o vaxtkı komanda rəisi Rauf Əhmədoviç Adıgözalov idi. Hətta onun nömrəsində gecələdim. Sonra birlikdə Bakıya uçduq. Mən Tibb İnstitutuna daxil oldum və hərbi xidmətdən azad olundum.

- Tibb İnstitutunun diplomunun sizə faydası dəydi?

- Bilirsiniz, idmanı və təhsili birləşdirmək çox çətin idi, ona görə də məndən həkim çıxmadı. Üstəlik, mən məşqçilik karyerasını seçdim. Diplom sadəcə evdə xatirə kimi durur.

- "Neftçi"də oynadığınız dövrdə aldığınız mənzilə nə oldu?

- Klubdan ayrılarkən təhvil verdim. Onsuz da mənə bağışlanmamışdı. Mənzil səkkizinci mikrorayonda idi. Sonra həmin mənzili Vəli Qasımova verdilər.

- "Neftçi"də kimlərlə dostluq münasibətiniz var idi? İndi də əlaqəniz qalıbmı?

- Bəli, hamısı ilə. Heç kimi xüsusi seçmək istəmirəm - başqaları inciyər.

- Onda belə soruşum: heç rejimi birlikdə pozmusunuzmu?

- Sual bir az adamı tələyə salır (gülür). Amma səmimi cavab verəcəyəm: biz də sıravi insanıq. Əlbəttə, olurdu - rejimi də pozurduq, şampan da içirdik, qızlarla da gəzirdik - hər şey baş verib. Hətta bəzən bu görüşlərdən sonra uşaqlar da doğulurdu (gülür). Belə cavab sizi qane etdi?

- Əlbəttə! Təbii ki, etik səbəblərdən Azərbaycanda futbol xaricində də "iz" qoyub-qoymadığınızı soruşmayacağam. Daha yaxşısı, deyin görüm, Azərbaycan mətbəxindən nəyə həsrətsiniz?

- (fikirləşir.) Yəqin ki, qutab. Elə göyərtilisi, ətlə və ya başqa nəyinsə içində olduğundan yox. O qutablardan başqa heç yerdə yoxdur.

- Sonda sual: "Neftçi" və Azərbaycan millisindəki hansı oyunlar yaddaşınızda daha çox qalıb?

- Yəqin ki, "Spartak"la oyun. Onda Fyodor Çerenkovun iki penalti zərbəsini qaytarmışdım. Milli komandada isə Fransa ilə görüş – Trabzonda 0:2 hesabı ilə uduzduq. Axı orada Papen, Blan, Kantona kimi futbolçular var idi... Yüksək səviyyə idi, unudulmazdır.

Vüqar Vüqarlı

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Oxşar xəbərlər