top
Aleksa Yankoviç: Düşünürəm ki, bu mövsüm liqada ilk “üçlüy”ə düşə bilərik - MÜSAHİBƏ Idman.biz
26 avqust 2025, 19:43
- ↺ +

Aleksa Yankoviç: "Düşünürəm ki, bu mövsüm liqada ilk “üçlüy”ə düşə bilərik" - MÜSAHİBƏ

"Sumqayıt"ın yeni transferi Aleksa Yankoviçin AZƏRTAC-a müsahibəsi

- Azərbaycan çempionatında mövsümə uğurlu start verdiniz. Bununla bağlı fikirləriniz maraqlıdır...

- Bəli, artıq 2 oyun keçirmişəm və deyə bilərəm ki, buradakı matçlar zamanı meydanda çox qaçmaq tələb olunur. Təlim-məşq toplanışı dövründə fiziki baxımdan yaxşı hazırlaşmışıq, ona görə də bununla bağlı problem yoxdur. Premyer Liqa komandalarında keyfiyyətli oyunçular var və bu da çempionatın səviyyəsini artırır.

- İkinci turda son çempion "Qarabağ"ı məğlub etdiniz. Güclü rəqiblə matçda bu cür nəticəni gözləyirdiniz?

- Düzünü desəm, şəxsən mən "Kəpəz" üzərində qələbəni gözləyirdim və "Qarabağ"a qarşı da nikbin idim. Çempion komandalara qarşı oyunlarda bir az bəxt də lazımdır. Çoxları üçün bu nəticə gözlənilməz oldu, amma biz rəqibi yaxşı analiz etmişdik. Meydanda çox sıx oynadıq. Buna baxmayaraq, onlar yenə də qol imkanları yaratdılar. Bu da "Qarabağ"ın səviyyəsindən xəbər verir.

- İlk turda "Kəpəz"lə matçda baxımlı qola imza atdınız. Həmin qolu necə şərh edərdiniz?

- Bəli, qol vurdum. Onu necə təsvir edəcəyimi bilmirəm, amma mənim üçün qolun necə vurulmasının fərqi yoxdur. İstər yaxın, istərsə də uzaq məsafədən, əsas odur ki, qol olsun. Ən vacibi, həmin matçda 3 xal qazandıq. Ümid edirəm ki, bu cür davam edəcəyik.

- "Sumqayıt"ın bu mövsüm Premyer Liqa və Azərbaycan Kubokundakı hədəfləri nədir?

- Biz qarşımıza həmişə böyük hədəflər qoyuruq. Düşünürəm ki, bu il liqada ilk "üçlüy"ə düşə bilərik. Həmçinin kubokda da bacardığımız qədər irəliləmək əsas məqsədimizdir.

- Azərbaycan haqqında təəssüratlarınız necədir?

- Mən Azərbaycanda çox rahatam, bura çox xoşuma gəlir. Dəniz kənarında olmaq, yaxşı hava, günəş, insanların pozitivliyi və daim sənə kömək etməyə hazır olmaları möhtəşəmdir. Burada özümü xoşbəxt hiss edirəm.

- İndiyədək Serbiyanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış etmisiniz. Necə düşünürsünüz, "Sumqayıt"da uğurlu çıxışınızı davam etdirib əsas milliyə dəvət almaq şansınız var?

- Bəli, Serbiyanın bütün aşağı yaş qrupları üzrə yığmalarında oynamışam. Nələrin olacağını gələcək göstərəcək. İnanıram ki, bir gün əsas milli komandaya dəvət almaq şərəfinə nail olaram. Çünki yığmada oynamaq hər bir futbolçunun arzusudur.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər