"Kəpəz"dən ayrıldıqdan sonra bir müddət klubsuz qalan Amil Yunanov Albaniyaya üz tutmuşdu. Sport24.az xəbər verir ki, vaxtilə milliyə də cəlb olunan və 5 matça çıxan hücumçunun legioner həyatı yaşamaq istəyi də uğursuz alındı.
"Bilis"dən ayrılaraq Vətənə üz tutan forvard hazırda klubsuzdu. Ancaq etibarlı mənbədən redaksiyamıza daxil olan bilgiyə əsas 31 yaşlı hücumçu tezliklə özünə yeni iş yeri tapacaq. Onun I Liqa klublarından biri ilə anlaşacağı gözlənilir. Tərəflərin artıq ortaq məxrəcə gəldiyi bildirilir.
Qeyd edək ki, Yunanov karyerası ərzində "Səbail", "Şamaxı", "Sumqayıt", "Qəbələ" kimi klubların şərəfini qoruyub.