DÇ-2026-nın seçmə mərhələsinin 7-ci turunda Serbiya öz meydançasında Albaniyanı qəbul edib.
İdman.Biz bildirir ki, oyunda qonaq komanda 1:0 hesabı ilə qalib gəlib.
Qarşılaşmada yeganə qolu 45+2-ci dəqiqədə Rey Manay vurub.
Bu görüşdən sonra Serbiya yeddi xalla K qrupunda üçüncü, Albaniya isə 11 xalla ikincidir.
Növbəti mərhələdə Serbiya oktyabrın 14-də səfərdə Andorra ilə oynayacaq. Albaniya isə həmin gün evdə İordaniya ilə yoldaşlıq görüşü keçirəcək.