top
Ağdaşın baş məşqçisi İntizam Komitəsinin qərarı ilə əlaqədar 10 oyunluq cəzasına münasibətini açıqlayıb Report.az
28 aprel 2025, 16:31
- ↺ +

"Ağdaş"ın baş məşqçisi İntizam Komitəsinin qərarı ilə əlaqədar 10 oyunluq cəzasına münasibətini açıqlayıb

Azərbaycanın II Liqasında çıxış edən "Ağdaş"ın baş məşqçisi Ruslan Hüseynov XXII turda "Şahdağ Qusar"la baş tutan matçdan sonra 5 oyunluq diskvalifikasiya olunmasına münasibət bildirib.

Mütəxəssis "Report"a açıqlamasında oyunlarda daim təzyiq gördüklərini deyib.

O, bununla yanaşı, səhvlərə yol verdiyini də dilə gətirib:

"Bizim kimi aşağı yerlərdə qərarlaşan komandalar daim təzyiq, stress altında olur. Mənim xarakterim elədir ki, haqsızlığı götürə bilmirəm. Bəlkə də hərəkətlərim kənardan qeyri-peşəkarlıq kimi görünə bilər. Amma belə düşünənlər özlərini mənim yerimə qoysunlar. "Ağdaş"da təkcə baş məşqçi deyiləm, hər şeyə cavabdehəm. Böyük məsuliyyətin altına girmişəm. Səhvi və ya qərəzi aşkar şəkildə dərk edəcək yaşdayam. Sadəcə, bəzən insan özünü ələ ala bilmir. "Şahdağ Qusar"la oyunda səhvə yol verdiyimi boynuma alıram. Hakim səhv etmişdi, etirazımı sərt şəkildə bildirmişdim. Lakin heç kimi təhqir etməmişdim. Amma bundan əvvəl cəzalandırıldığım "Füzuli" ilə matçda nə demişəmsə, haqlı olmuşam. Çünki bizə qarşı konkret qərəz nümayiş etdirmişdilər. Sözün düzünü dediyimə görə həmişə bu vəziyyətə düşmüşəm".

O, "Ağdaş"ın maliyyə probleminin olduğunu söyləyib:

"AFFA-nın ayırdığı büdcə ilə klubu çətinliklə saxlayırıq. Ona görə də hakimlər istədikləri qərarları verirlər. "Füzuli" ilə oyunda bizə qarşı qərəz var idi. Digər oyunlarda da səhvlər olub. Əleyhimizə çox rahat qərarlar verirlər".

Baş məşqçi apellyasiya şikayətinin faydasının olmayacağını düşünür:

"Ümumiyyətlə, daha heç nəyə etiraz etməyəcəyimə söz vermişəm. Çünki faydasızdır. Hakimlərin əksəriyyəti futbol oynamayıblar deyə, bu cür durumları anlamırlar. Təkcə nəzəriyyəni bilməklə deyil. Birinci dövrədə hakimlərin səhvlərindən ibarət 8 videorolik hazırlayıb AFFA-ya göndərmişdik. Görürəm ki, heç nə dəyişməyib. Ona görə də şikayətdən sonra nələrinsə dəyişəcəyinə inamımız yoxdur".

Qeyd edək ki, İntizam Komitəsi "Şahdağ Qusar"la matçda hakimləri təhqir etdiyinə görə R.Hüseynovun əvvəlki cəzasının üzərinə daha 5 oyun əlavə edib. Komitə aprelin 18-də də eyni səbəbdən baş məşqçini 5 oyunluq cəzalandırmışdı.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Oxşar xəbərlər