top
Ağasəlim Mircavadov: “Yığmamızda çox böyük problemlər var” İdman.biz
11 sentyabr 2024, 11:32
- ↺ +

Ağasəlim Mircavadov: “Yığmamızda çox böyük problemlər var”

"U-21 millisinin oyununu stadiondan izləyirdim".

Bunu İdman.bizə AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

O, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Serbiyaya 2:0 hesabla məğlub olduğu oyunu şərh edib. Mircavadov bildirib ki, yığmamız dünənki matçda olduqca zəif çıxış edib: "Ümumilikdə yığmamızda çox böyük problemlər var. Oyunçuların əksəriyyəti klublardan gəlirlər. Serbiya ilə görüşə çıxan futbolçuların çoxu əsas heyətdə oynamırlar, əksəriyyəti I liqada və ya əvəzedici heyətdə çıxış edirlər. Bunu dərindən analiz etmək lazımdır. U-21 birinci yığmanın əvəzedicisidir. Amma bu, belə olmalı deyil. Əfsuslar olsun ki, uşaqlar öz üzərində işləmirlər. Futbolçularımız çoxlu qol vəziyyəti də yaratdılar. Amma 11 metrlik cərimə zərbəsini belə vura bilmədik. Bizdə qol vurmaq keyfiyyətinə malik oyunçu yox dərəcəsindədir. Əksər klublarda hücumçular, mərkəz müdafiəçiləri və yarımmüdafiəçilərin çoxu legionerdir. Bu da yığmaya mənfi təsir edir".

Onun sözlərinə görə, bundan sonra U-21 yığmamızın iki oyunu qalıb: "Növbəti oyunlarımız İrlandiya və İngiltərə yığmaları ilə olacaq. Lakin hər şeyə ümid edirik. Mən U-21 yığmamızla birlikdə tez-tez oluram. Məşqçilər futbolçularla çox məşğul olurlar. Hətta onların klubları ilə əlaqə saxlayır, eyni zamanda fərdi danışırlar. Düşünürəm ki, futbolçu texniki və taktiki baxımdan zəif çıxış etsə də, bunun üzərində işləyib düzəltmək olar, amma içində o həvəs və sevgi yoxdursa, çətin məsələdir".

Qeyd edək ki, Azərbaycan millisinin növbəti oyunu oktyabrın 12-si səfərdə İrlandiyaya qarşı olacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Futbol
Bu gün, 10:20

Leipzig, Nkunku üçün 'Milan'a təklif göndərdi

Basketbol
Bu gün, 10:16

Fransalı Viktor Vembanyama NBA tarixində 40 xal, 11 ribaund, 9 blok və 2 üçxallıqla unikal rekord yaratdı

Futbol
Bu gün, 10:09

Milan futbolçusu Yunus Musanın müqaviləni uzatmaq istəyir;

Voleybol
Bu gün, 10:01

Turan Voleybolçusunun Hərzə Gözəl Hərəkəti: Yuliya Kərimova Itə Hədiyyə Yedirdi

Qarabağ FK
Bu gün, 10:00

Marko Yanković Qarabağdan ayrıldı: Yarımmüdafiəçi yeni müqavilə üçün söhbətləri dayandırdı

Futbol
Bu gün, 09:42

Ten Hag Ronaldo'ya Kritiklərlə Qarışdı – Münaqişə 2022-ci ildə Başladı

Futbol
Bu gün, 09:40

Caka zədəsi səbəbindən İsveçrə milli takımdan uzaqlaşdırıldı

Oxşar xəbərlər