top
Ağasəlim Mircavadov: “Yəqin ki, Qurban müəllim bu nüansı nəzərə alıb” Sport24.az
20 avqust 2024, 14:20
- ↺ +

Ağasəlim Mircavadov: “Yəqin ki, Qurban müəllim bu nüansı nəzərə alıb”

"Xorvatiya futbolu Yuqoslaviya dönəmindən keyfiyyəti ilə seçilib. Orda uşaq futbolu çox inkişaf edib. Hər həyətdə, məhəllədə basketbol və futbol meydanları var. Sözüm o ki, bu ölkədə insanlar futbolla nəfəs alır. Odur ki, bu gün "Qarabağ"ı Xorvatiyada tək güclü rəqiblə mübarizə yox, həm də fanatlar tərəfindən güclü təzyiq gözləyir". Bu sözləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov deyib.


Təcrübəli mütəxəssis "Dinamo"nun ağdamlıların III mərhələdə mübarizədən kənarlaşdırdığı "Ludoqoritsa"dan daha güclü komanda olduğunu vurğulayıb: "Qarabağ" artıq avrokuboklarda "bişib".  "Ludoqorets" zəfərindən sonra Qurban Qurbanovun komandasından daha da çəkinirlər. Ancaq onu qeyd edim ki, "Dinamo" Bolqarıstan təmsilçisindən də güclüdü. Amma "Qarabağ"ın da üstün cəhətləri var. Əsas odu ki, ağdamlılar oturuşmuş yaxşı heyətə malikdi. Həmçinin təmsilçimiz son oyundan sonra psixoloji yüksəlişdədi. Təbii ki, arxayınlaşmaq da olmaz. Xorvatiya təmsilçisi topla yaxşı oynayan, əlinə düşən şanslardan maksimum yararlanan, ən əsası heyətində keyfiyyətli oyunçular olan kollektivdi".

 

Mircavadov "Qarabağ"ın çatışmazlığını da qeyd edib: "Hazırda "Qarabağ"da itkilər olsa da, məni narahat edən əsas məqam odur ki, Qurban müəllim orta xətdə Yankoviç kimi faydalı iş əmsalı yüksək olan futbolçunun xidmətindən məhrumdu. Hazırda baş məşqçinin sərəncamında orda sahədə irəli-geri işləyə bilən cəmi bir oyunçu var. Rəqib bundan istifadə edə bilər. Yəqin ki, Qurban müəllim bu nüansı nəzərə alıb. Hamımız "Qarabağ"ın səfərdən yaxşı nəticəylə dönəcəyinə ümidliyik".


Ağasəlim bəy vaxtilə sükanı arxasında olduğu "Xəzər-Lənkəran"ın  "Dinamo" ilə oyununu da xatırlayıb: " "Xəzər-Lənkəran" həm Bakıda, həm də Zaqrebdə "Dinamo"ya qarşı layiqli mübarizə aparmışdı. Onlar bizdən çəkinirdilər. Bu gün dünya futbolunun ulduzlarından biri olan Luka Modriç həmin vaxt bizə qarşı oynayırdı. Onun 20 yaşı vardı. Evdə Zaur Ramazanovun qolu ilə heç-heçə etdik. Səfərdə də çoxlarının gözləmədiyi halda 16-cı dəqiqədə hesabı açdıq və fasiləyə üstün yollandıq. İkinci yarıda rəqib bərabərlik qolunu vursa da, yenidən rəqib qapısına yol tapdıq. Hakim əvvəlcə qolu qeydə alsa da, sonda laysman referiyə nəsə dedi nəticədə baş hakim qərarını dəyişdi. Sırf hakim qərəzinə görə qarşılaşma əlavə vaxta getdi və yekunda məğlub olduq. Təbii ki, bu matçın üzərində illər keçib. Hazırkı "Dinamo" o vaxtkı kollektivdən daha güclüdü. Biz Zaqreb təmsilçinə başağrısı olmağı bacarmışdıqsa, deməli, "Qarabağ" bunu daha yaxşı səviyyədə edə bilər".

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:42

Vilyam Qallas: "Arsenal" bu mövsümdə müdafiədə çox güclüdür və çempionluq uğrunda ciddi namizəddir

Digər
Bu gün, 20:27

6 yaşlı Azərbaycanlı Selin Tağızadə Avstriyada beynəlxalq idman dırmanma yarışında

Futbol
Bu gün, 20:27

Borussia München 17 yaşlı Vael Mohaya ilə müqaviləni yeniləməyi planlaşdırır

Futbol
Bu gün, 20:13

İnfantino, Trampa əlaqələri səbəbindən ABŞ Konqresində çağırıla bilər

Futbol
Bu gün, 19:51

De Yonq: Çox az insan matçları 90 dəqiqə izləyir – müdafiəçi izah edir

Futbol
Bu gün, 19:37

İraq, İranın futbol komandasına təyinat sənədi üçün təyyarə enişinə icazə vermədi

Digər
Bu gün, 19:32

Tofiq Musayev: Zəfər Gününü qürurla qeyd edirik

Futbol
Bu gün, 19:29

"Bode-Glimt"ə evində Mançester Siti, İnter, Sporting və Bormuniya məğlub olub (Çempionlar Liqası)

Futbol
Bu gün, 19:28

Marafon və Dinamo qələbə qazandı

Digər
Bu gün, 19:22

Avstraliyada Kotton Kubokunda atdan yıxılan 22 yaşlı jokey İzzi Nil vəfat edib

Futbol
Bu gün, 19:08

Kukurelya: İngiltərənin Premier Liqası daha açıq və gözlənilməzdir

Digər
Bu gün, 19:03

İgidlər Göygöldə keçirilən intellektual yarışda birinci oldu

Futbol
Bu gün, 19:01

Oleq Baklov "King’s Cup 2026" turnirində Tacikistan millisinə dəvət olundu

Cüdo
Bu gün, 18:56

EJU vaxt uzatmağa görə cəza tətbiqini izah etdi

Futbol
Bu gün, 18:45

Van Deyk Liverpulda qalma və yeni klubda davam etmə ehtimallarından narahat olmadığını bildirib

Futbol
Bu gün, 18:38

Lorenzo Mezzoteronun topuğunda burxulma şübası yarandığı açıqlanıb

Futbol
Bu gün, 18:29

“Barselona” Conatay Ta-nı transfer etmək istəyir

Basketbol
Bu gün, 18:25

Frenki Fidler FIBA Çempionlar Liqasının tarixində nadir başlanğıc göstərərək seçilmiş üçlüyə daxil oldu

Futbol
Bu gün, 18:19

Kəpəz altı futbolçusuz məşqlərini bərpa etdi

Futbol
Bu gün, 18:16

Emin Abbasov yeni müşavir təyin edildi

Futbol
Bu gün, 18:15

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikdən ayrılacaq

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Oxşar xəbərlər