top
Ağasəlim Mircavadov: Veteranların hamısında futbola sonsuz məhəbbət yaşayır Report.az
20 may 2025, 16:26
- ↺ +

Ağasəlim Mircavadov: "Veteranların hamısında futbola sonsuz məhəbbət yaşayır"

Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov Minifutbol Federasiyasının təşkilatçılığı ilə ötən gün "Neftçi 2000-lər" və "Premyer Liqa məşqçiləri" komandaları arasında keçirilən "Legends Cup"la bağlı təəssüratlarını bölüşüb.

Mütəxəssis "Report"a açıqlamasında matçın çox möhtəşəm keçdiyini bildirib.

"Təşkilatçılara təşəkkürümü bildirirəm. Oyun çox möhtəşəm, aura böyük idi. Düşünürəm ki, dünya çempionatında azarkeşlərin stadiona gəlməsi daha rahat olacaq. Təəssüratlarım yaxşıdır, bəzi futbolçular var idi ki, 6-7 aydır görüşmürdük. Keçmiş dövrlərdən, oyunlardan bəhs etdik. Hər biri oynamaq istəyirdi. Hazırlaşmaq lazım idi. Hətta uşaqlara deyirdim ki, həftədə bir-iki dəfə yığışın, oynayın. Çünki matçdan əvvəl kollektiv şəkildə toplaşmaq üçün vaxt yox idi. Məşqçilər öz klublarında işləyirlər. Xoşuma gələn məqamlardan biri oyunun çox aqressiv keçməsi, futbolçuların istəkli olması idi. Həmçinin mübarizə zamanı yıxılanda bir-birilərinə kömak edib yerdən qaldırırdılar. Bu vacib amildir, mehribanlıq qalır".

"Şöhrət" ordenli məşqçi meydana çıxanlardan heç kimi fərqləndirmək istəməyib:

"Oyundan əvvəl heç bir nəticə proqnozlaşdırmamışdım. Ancaq futbolla bağlı düşünürdüm. Nəticə üçün heç olmasa, 2-3 həftə çalışıb məşq etməlisən. Elə oyunçular var idi ki, işləri ilə əlaqədar 2-3 aydır futbol oynamırdılar. Heç kimi fərqləndirmək istəməzdim. Amma klublarda çalışanlar daha yaxşı formada idilər. Ümumilikdə yanaşma xoşuma gəldi".

O, hakimliyə də toxunub:

"Düzdür, bəzən qərarlarından narazılıqlar olurdu. Amma görün neçə ildir idarəçilik etmirlər. Kənardan baxmaqla, meydanda olmağın fərqi böyükdür. Yenə də sağ olsunlar, öz amplualarında idilər".

A.Mircavadov növbəti dəfə belə bir matçın olub-olmayacağı ilə bağlı sualı da cavablandırıb:

"Bizə bununla bağlı heç nə demədilər. Amma bu cür matçların tez-tez keçirilməsi vacibdir. Təqdirəlayiq fikirdir. Yəqin veteranlarla görüşəcəyik, şəraitə uyğun addımlar atacağıq. Çünki bəzilərinin vaxt məhdudiyyəti var, işdən ayrılıb gələ bilmirlər. Amma veteranların hər birində futbola həddən artıq böyük sevgi qalıb. Bunu oyun zamanı da hiss etmək mümkün idi. Oyundan sonra hər birini təbrik etdim".

Qeyd edək ki, Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə baş tutan matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə "Premyer Liqa məşqçiləri" daha dəqiq oynayıb - 3:2. "Neftçi 2000-lər"i Ağasəlim Mircavadov, "Premyer Liqa məşqçiləri"ni isə Kurban Berdıyev ("Turan Tovuz") baş məşqçi kimi meydana çıxarıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:47

Qəbələ 3:0 Qələbəsi: Bekiri 90 dəqiqədə oyuna nəzarət etdik

Futbol
Bu gün, 22:40

Şəfa Baku Arena’da ev oyunlarını yenidən keçirə bilər

Futbol
Bu gün, 22:28

Real Madrid Liverpulun yarımmüdafiəçisi Aleksis Mak Allisteri transfer etmək istəyir

Futbol
Bu gün, 22:09

Barselona yayda Harri Keyni transfer etmək istəsə də, Bavariya ilə yeni razılaşmaya gedir

Futbol
Bu gün, 21:56

Betis İkardi 'La Liga'da Qəbulu Üçün Hərəkətə Keçdi

Futbol
Bu gün, 21:49

Fənərbağça İsmail Kartalın təhvilinə dair yeni iddialar

Futbol
Bu gün, 21:47

İsmayıl Kartalla ilə Fənərbağça müqavilə bitdi

Futbol
Bu gün, 21:38

Flik "Barselona"nın aparıcı futbolçularının Sevilyadan qayıtmaq istəyindən narazıdır

Güləş
Bu gün, 21:27

Cəfərov dünya çempionatında finalda 5:8 məğlubiyyətə məruz qaldı

Futbol
Bu gün, 21:26

Barselona Xulian Alvares ilə danışıqlara görə 602 avro cərimə alır;

Futbol
Bu gün, 21:24

Bavariya baş məşqçisi Vensan Kompaninin sağlamlığı yaxşılaşıb

Basketbol
Bu gün, 21:10

Serxio Ramos, Luka Donçiçin 52 xallıq möhtəşəm performansını təqdir etdi - FOTO

Futbol
Bu gün, 20:47

London Meri Harri Keynin “Qızıl Top” mükafatını tarixi hadisə adlandırdı

Güləş
Bu gün, 20:33

Nihat Məmmədli: Dünya çempionatında gümüş medalla kifayətlənmədim, daha rahat güləşib qalib gələ bilərdim

Futbol
Bu gün, 20:07

Pol Skoulz Manchester United üçün ən uyğun baş məşqçi namizədi Antonio Konte olduğunu bildirir

Futbol
Bu gün, 19:50

Rəhim Həsənov: Cavid Cəlilovun Penaltı Qərarı Yanlışdır

Futbol
Bu gün, 19:45

PSJ: Xviça Kvaratsxeli sağ dizindən uğurla əməliyyat edilib

Cüdo
Bu gün, 19:32

Bakıda 20 yaşa qədər cüdoçular arasında şəhər birinciliyi keçirilib

Futbol
Bu gün, 19:28

Arsen Venger Bakıda AFFA təşkilatçılığı ilə ümumiyyətlə məşqçilər üçün master-klassda iştirak edib

Digər
Bu gün, 19:27

Fərid Ələkbərov: ‘5:4’ Qələbə, Daha Yaxşı Oynadıq

Qarabağ FK
Bu gün, 19:25

“Qarabağ”ın 1/8 final rəqibi “Sumqayıt” oldu

Futbol
Bu gün, 19:20

Arda Turan Ukraynada qolunu itirən əsgərə qucaqlama və forma hədiyyəsi ilə unudulmaz jest göstərdi

Futbol
Bu gün, 18:59

Aleksey Batrakov qışda "Qalatasaray"ı tərk edə bilər

Futbol
Bu gün, 18:52

PSJ-nin ardıcıl Çempionlar Liqası uğurlarının əsas səbəbi: Luis Kamposun transfer strategiyası

Oxşar xəbərlər