top
Ağasəlim Mircavadov: Ukrayna ilə oyundan sonra Ayxan Abbasovla davam etmək olar Idman.biz
09 sentyabr 2025, 17:26
- ↺ +

Ağasəlim Mircavadov: "Ukrayna ilə oyundan sonra Ayxan Abbasovla davam etmək olar"

"Millidə əvvəl-axır yerli baş məşqçi olmalıdır. Mən bunu dəfələrlə demişəm".

İdman.biz xəbər verir ki, bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.

Azərbaycan millisindəki müvəqqəti baş məşqçi dəyişikliyindən danışan təcrübəli mütəxəssis qeyd edib ki, Ayxan Abbasovu komandada saxlamaq olar: "Bura gələn əcnəbi məşqçilərin içərisində yalnız Berti Foqtsdan bəzi şeylər öyrənmişəm. Qalan heç bir məşqçidə bizdən üstün heç nə görmədim. Bizdə işləyən məşqçilər var. Amma onlara inanmırlar. İndi Ayxan Abbasovu müvəqqəti olaraq baş məşqçi qoyublar. Lap əladır. Cavan məşqçidir. Bu gün Ukrayna ilə oyunda millimiz yaxşı nəticə qazansa, niyə də Ayxanla davam edilməsin? Ayxan da maşallah, "Şamaxı"da da işləyir, U-21-də, indi də oldu əsas millinin baş məşqçisi (gülür). Amma mən düşünürəm ki, millinin baş məşqçisi azad olmalıdır. Yəni klubda çalışmamalıdır ki, tam gücünü milliyə verə bilsin".

Mircavadov AFFA-nın Fernandu Santuşu istefaya göndərməsi ilə bağlı da danışıb. O, bu qərarın bir qədər gec verildiyini bildirib: "Amma səhvin yarısından da qayıtmaq böyük işdir. Baxın ki, Santuş haralarda və necə işləyib. Bizim milliyə gəlməmişdən əvvəl bir neçə yerdən istefaya göndərilib. Bizə iş üçün ürəyini qoyan, işgüzar, oyunçularla dil tapmağı bacaran məşqçi lazımdır. Bir sistem düzəltmək lazımdır. Sistem olmasa, heç nə etmək olmaz".

Bəs 78 yaşlı mütəxəssisin millidə görmək istədiyi yerli məşqçi kimdir? Mircavadov deyib: "Yerli məşqçilərimiz var, işləyə bilərlər. Mən istəmirəm onların adlarını çəkim, amma var. Ayxanın bir cümləsi çox xoşuma gəldi. Dedi ki, bu yükün altına girmək şərəfdir. O vaxt biz də yeni müstəqillik əldə edəndə bəzi məşqçilər millidə işləməkdən imtina etdilər. Çünki heç bir şərait yox idi. Mən isə tərəddüd etmədim. Çünki mənim üçün millidə çalışmaq böyük şərəfdir. Məncə, bu, hər bir azərbaycanlı məşqçi üçün belədir. Çünki biz Azərbaycanın övladlarıyıq, ölkəmizə qulluq etməliyik. Ayxandan başqa da bir neçə seçim var, amma onlara inanmaq lazımdır.

Onu da deyim ki, indi millimiz çox ağır vəziyyətdədir. Yaşlı oyunçular millidəki son oyunlarını keçirirlər. Belə oyunçular hər mövqedə var. Cavan oyunçuların isə keyfiyyəti istənilən qədər deyil, bunu artırmaq lazımdır. Bu da dəfələrlə demişik ki, klublarda olur".

Qurban Qurbanov, Rəşad Sadıqov, Ayxan Abbasov, Samir Abasov, Tərlan Əhmədov və Azər Bağırov kimi mütəxəssislər futbol ictimaiyyəti tərəfindən milli üçün əsas namizəd kimi göstərilir. A.Mircavadov bildirib ki, bu siyahını genişləndirmək də olar: "Bura Şahin Diniyevi də artırardım, Mahmud Qurbanovu da. Baş məşqçi olmasa da, köməkçi məşqçi kimi Mahmuddan istifadə etmək lazımdır. Sadəcə, inanmaq qalır".

Azərbaycan millisinin sabiq çalışdırıcısı onu da deyib ki, AFFA-nın əcnəbi məşqçi seçimini başa düşə bilmir: "Əcnəbi mütəxəssis gətiriləndə mən özüm də məətəl qalıram. Belə məşqçilərə kulli miqdarda maliyyə gedir. Mənim hələ yadıma gəlmir ki, bir azərbaycanlı məşqçi təzminat tələb etsin. Bizdə başqa bir qürur, xasiyyət var. Əcnəbi məşqçi isə müqavilə bağlayanda hər detala fikir verir. Mən çox vaxt heç müqaviləni oxumamışam, elə qol çəkmişəm. Bilmirəm, mən düz edirəm, yoxsa onlar. Amma hər şey qarışılıqlı olmalıdır. Yəni yerli məşqçilərə də düzgün münasibət göstərilməlidir. Səhvlər hamıda olur, amma inanmaq şərtdir. Lap əvvəldən belədir. Həmişə də görürlər ki, bizim sözümüz düz çıxır. Hadisələr çoxdur, amma istəmirəm danışım. Çüki artıq üzərindən illər keçib".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Qarabağ FK
Dünən, 22:15

Aleksey Kaşuk: Ukrayna Milli Komandanı çağırışı – həyatımın arzuladığı an

Oxşar xəbərlər