top
Ağasəlim Mircavadov: “Soruşdum ki, mənə niyə iş vermirsiz? Dedilər ki, istirahət elə” İdman.biz
03 dekabr 2024, 12:23
- ↺ +

Ağasəlim Mircavadov: “Soruşdum ki, mənə niyə iş vermirsiz? Dedilər ki, istirahət elə”

"Bakıda meydançalar yox dərəcəsindədir. Futbolumuzun əsas problemlərindən birincisi budur. Meydança söhbəti bizdə çox faciəli məsələdir".

İdman.biz xəbər verir ki, bunu yutub platformasında yayımlanan "11 Adam" podkastının qonağı olan futbol məşqçisi Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan futbolunun ən önəmli problemlərini açıqlayıb. O bildirib ki, lazımı sayda stadionların olmaması futbolumuzun əsas axsayan tərəfidir: "Uşaq məşqçilərin maaşı azdır. Mən onları qınamıram. Bəziləri 2 yerdə işləyir. Onlar tezbazar uşaqları yola salıb digər işinə gedir. Bundan savayı, meydança amili çox önəmlidir. Regionlarda bu problem daha ciddidir. İkinci böyük şəhərimiz olan Gəncənin "Kəpəz" klubu ev oyunlarını Qəbələdə, Tovuzda oynayır. Digər tərəfdə isə "Xəzər Lənkəran"nın stadionu boş qalıb. Yəni bölgələrdən danışmaq olmur. Hər yanda problem böyükdür".

Mircavadov milli komandamızın uğursuz nəticələrinə də toxunub: "Biz milli ruhumuzu itirmişik. Türkiyənin milli ruhu bizdən üstündür. Onların himnini oxuması, bayrağa, öz xalqına yanaşmasından bu görünür. Bizdə də bu şeylər olub. Bəzi futbolçular var ki, zəif deyillər. Amma psixoloji durumları yaxşı deyil. İnkişafda deyillər. Yığmanın yaxşı olması üçün 1-2 yox, 6-7 yaxşı klubumuzun olması lazımdır. Məşqçilər Komitəsi uzun müddətdir deyir ki, milli ilə klubları birləşdirmək lazımdır. Onlar dil tapa bilmirlər. Yığmaya oyunçu klubdan gəlir. Klub məşqçiləri də həyəcanlı olmalıdır ki, mən futbolçunu yaxşı yetişdirib milliyə verim. Baş məşqçi böyük rol oynamalıdır".

Ölkənin müxtəlif klublarında çalışaraq çempion tituluna da yiyələnən mütəxəssis 2010-cu ildən işsiz olmasına da münasibət bildirib: "Rusiyada A kateqoriyası üzrə təlimdən keçmişdim. Bu, UEFA tərəfindən də qəbul olunurdu. Amma sonradan imkanım olmadı ki, Azərbaycanda PRO kateqoriyasını oxuyum və məni məşqçilikdən çıxardılar. Bundan sonra AFFA-da da heç bir vəzifədə olmadım. 1-2 dəfə soruşdum ki, mənə niyə iş vermirsiz? Dedilər ki, yorulmusan istirahət elə. Hiss etdim ki, haqqımda başqa fikirdədirlər. Çağırırdılar, getmirdim. Məşqçilər Komitəsində də işləməyimin səbəbi başqa idi. "Xəzər Lənkəran"a gedəndə oğlum SOCAR-da işləyirdi. Mən ora gedəndən sonra övladımı oradan çıxartdılar. Heç vaxt heç yerə getməmişəm ki, məni işə götürün. Hər zaman özləri çağırıblar. İndi tanışlıq olmalıdır ki, harasa gedəsən".

Qeyd edək ki, Ağasəlim Mircavadovun rəhbərliyi altında "Nefçi", "Xəzər Lənkəran" və "Qarabağ" 1 dəfə, "Şəmkir" isə 2 dəfə Azərbaycan çempionu olub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 16:01

“Qarabağ”dan İDMAN.BİZ-ə AÇIQLAMA: Yankoviç və Silvanın cəzalandırılması haqqında məlumatlar həqiqəti əks etdirmir

Futbol
Bu gün, 16:00

Neftçi – Kəpəz qarşılaşmasının statistik təhlili: 66 görüş, 33‑də Bakı üstünlüyü, 111:66 qol fərqi

Futbol
Bu gün, 15:52

Gəncəbasar klubuna Namik Qədirov yeni prezident təyin edildi

Futbol
Bu gün, 15:46

Asif Məmmədov: “Bu qələbəni bütün Azərbaycan qazandı. Şəhidlərimizə, qazilərimizə və veteranlarımıza borcluyuq”

Futbol
Bu gün, 15:40

Didye Deşam "Mançester Yunayted"in baş məşqçisi olmaq təklifini rədd etdi

Tennis
Bu gün, 15:31

WTA-nın İlin Yekun Turnirinin mükafat fondu 35,5 faiz azalaraq 10 milyon dollar oldu

Voleybol
Bu gün, 15:29

"Fənərbaxça"nın voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın futbolçusu İsmayıl Yakobsun məşhur gecə klubunda görünməsi iddiası diqqət çəkib

Futbol
Bu gün, 15:27

PFL I Liqada "Ayın qolu" çərçivəsində Bəhruz Teymurov mükafatlandırıldı

Futbol
Bu gün, 15:20

Fransanın bir futbol klubunun prezidenti 6 ay futboldan uzaqlaşdırıldı

Digər
Bu gün, 15:17

Yaylagül Ramazanova Asiya Kubokunda qızıl və gümüş medallar qazandı, Azərbaycan oxatma komandası yeni mərhələyə qədəm qoyur

Basketbol
Bu gün, 15:08

Şəki yeni baş məşqçisi Ceyhun Həsənli: 'Əsas liqaya daha güclü qayıtmaq istəyirik'

Futbol
Bu gün, 15:02

Real Madrid yenidən 2014/15‑deki məşhur əjdaha formasını təqdim etdi

Futbol
Bu gün, 14:53

"Kəpəz"in futbolçusu Benito: "Yüksək yerlər uğrunda mübarizə aparmaq gücündəyik"

Qarabağ FK
Bu gün, 14:40

Seltik Beşiktaş'ı 3:2 məğlub etdi – Baş məşqçi Duranı yüksək qiymətləndirdi

Digər
Bu gün, 14:32

Paraatlet: Vətən Müharibəsində Şəhid Yoldaşının Ağır Xatirəsi

Futbol
Bu gün, 14:29

Denis Marandiçi Turan Tovuz futbolçusu Moldova millisinə dəvət alıb

Digər
Bu gün, 13:50

Azərbaycan üzgüçüləri Belarusdakı beynəlxalq turnirin ilk günündə 2 medal qazanıb

Minifutbol
Bu gün, 13:44

Azərbaycan – Latviya futzal qarşılaşmasının hakimi komandası müəyyən edilib

Futbol
Bu gün, 13:40

CONCACAF "Qızıl Kubok" turnirində 2027-ci ildən etibarən yeni format tətbiq olunacaq

Futbol
Bu gün, 13:39

Spalletti “Yuventus”da futbolçusu Xuan Kaballa mübahisə edib: “Diqqətli olmasan, yumruq vuracağam”

Qarabağ FK
Bu gün, 13:24

Turan Tovuzun kapitanı Qarabağla qarşılaşmadan məhrum olacaq

Digər
Bu gün, 13:09

Bakıda 19-21 Noyabrda Xüsusi Olimpiya Avropa Badminton Turniri keçiriləcək

Qarabağ FK
Bu gün, 13:00

Aslan Kərimov: “Qarabağ”da gedənlərin əvəzedilməsi və yeni gələnlərin keyfiyyəti mənəvi itkilərə səbəb olub”

Digər
Bu gün, 12:52

Futsal milliyati kapitanı Latviya matçı haqqında şərhlər verib

Oxşar xəbərlər