top
Ağasəlim Mircavadov: Qoy derbiyə gəlsinlər, biz də bilək ki, futbola həqiqətən də maraq göstərirlər Idman.biz
19 aprel 2025, 14:54
- ↺ +

Ağasəlim Mircavadov: "Qoy derbiyə gəlsinlər, biz də bilək ki, futbola həqiqətən də maraq göstərirlər"

"İnanıram ki, gərgin və maraqlı matç görəcəyik".

Bunu İdman.biz-ə futbol məşqçisi Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının XXXI turunda baş tutacaq "Qarabağ" - "Neftçi" matçı haqqında fikirlərini bölüşüb. O bildirib ki, bu oyunda komandalar xal üçün mübarizə aparmır: "Qarabağ" artıq çempionluğu təmin edib. "Neftçi" də dördüncü yer uğrunda mübarizə aparacaq qədər güclü deyil. Hazırda onlar Azərbaycan kubokuna kökləniblər. İstənilən halda, çempionatı normal oynamaq lazımdır ki, kuboku da normal oynayasan. Nəticəyə gəldikdə, "Qarabağ" üstün olacaq. Bunun söhbəti yoxdur. Hər iki klub aprelin 23-də Azərbaycan kubokunu oynayacaqlar. Ola bilər ki, bəzi futbolçular bu matçı buraxsınlar. Ancaq istərdim ki, kimlər meydana çıxacaqsa, yaxşı oyun nümayiş etdirsinlər".

Mircavadov Azərbaycan derbisinin özünəməxsus yeri olduğunu vurğulayıb: "1992-ci ildən bu günə kimi "Qarabağ" - "Neftçi" oyunu derbi sayılır və gərgin keçir. Azarkeşlər də, məşqçilər də, futbolçular da bu matçda maraqlı olurlar. İnkişaf məhz belə oyunlarda gedir. Bu gün də maraqlı mübarizə gözləyirəm. Əsas odur ki, azarkeşlər stadiona gəlsinlər. Heç olmasa, beş-on min adam gəlsin ki, biz də görək azarkeş futbolu sevir".

O, hər iki komandanı dəstəklədiyini bildirib: "Neftçi" mənim doğma komandamdır. Orada doğulmuşam, oynamışam, işləmişəm. "Qarabağ"da çalışdığım dövrdə də maraqlı və yaddaqalan günlərimiz çox olub. Hər iki kluba uğurlar arzulayıram. Xüsusilə də Avropada".

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" matçının start fiti saat 20:00-da səslənəcək.

Aytac Sahəd
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər