top
Ağasəlim Mircavadov: Qarabağ Çempionlar Liqasının əsas mərhələsinə layiqdir və yerli futbolçuları qorumalıdır Idman.biz
27 avqust 2025, 16:15
- ↺ +

Ağasəlim Mircavadov: "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinə layiqdir və yerli futbolçuları qorumalıdır

"Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində olacağını gözləyirik".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a Ağasəlim Mircavadov deyib.

Təcrübəli müxəssis Azərbaycan təmsilçisinin bu gün Macarıstanın "Ferentvaroş" komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb: "Qarabağ" Avropada çox ağıllı futbol sərgiləyir. Hücumçu almadıqları üçün çox tənqirlər oldu. Amma hazırda yerli futbolçular da yaxşı oynayırlar. Öz oyunları ilə Çempionlar Liqasının əsas mərhələsində oynamağa layiqdirlər. Biz əcnəbi hücumçulara öyrəşmişik. Amma mən elə düşünmürəm. Yerli forvard da ola bilər. Nəriman Axundzadə, Musa Qurbanlını misal çəkə bilərəm. Ağıllı baş məşqçi öz klubu ilə yanaşı Azərbaycan millisini də düşünər. Bunu unutmamalıyıq. "Qarabağ" çox sayda legioner hücumçu gəlib. Ən yaxşısı Juninyo olub. Yaxşı təklif aldı və ayrıldı. "Qarabağ" komanda səviyyəsində oynayır. Komanda bu il əcnəbi hücumçu olmadan haralaradək gəlib. Unutmamalıyıq ki, "Qarabağ" indiyədək bütün görüşlərdə qalib gəlib"

Mircavadov "Barselona" klubunu nümunə göstərib: "Komandanın yaxşı vaxtında heyətdə hücumçu çox iş görmürdü. Bəzən 6 yarımmüdafiəçi ilə meydana çıxırdılar. Avropada oynamaq üçün sənə iki heyət lazımdır. Alternativ oyunçular lazımdır. "Qarabağ" da bunu edir. Bu gün komandamız sakit və ağıllı oynamalıdır. Öz oyunlarını sərgiləməlidirlər. "Qarabağ" müdafiədə oturmamalıdır. Bunu bacara bilmir. Komandanın oyun stili tam başqadır. Çempionlar Liqasında əsas mərhələyə düşəcəyimizə inanıram. Komandaya dəstək olmalıyıq. Çox baxımlı futbol oynayırlar. Amma nəzərə alaq ki, yerli futbolçuları da qorumaq lazımdır".

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı bu gün, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:43

Kəpəz PFK son 5 mövsümdə ən uğurlu startını cari çempionatda qeyd etdi

Futbol
Bu gün, 01:39

Qordon: Keyn penaltini vursaydı, İngiltərə qalib gələ bilərdi

Futbol
Bu gün, 01:18

İspaniya millisi İngiltərəni məğlub edərək 39 matçlıq məğlubiyyətsizlik seriyasına imza atdı

Futbol
Dünən, 23:10

Edqaras Yankauskas: Azərbaycan millisi güclü, texnikalı və sürətli oyun tərzinə malikdir

Minifutbol
Dünən, 22:48

“Buxar Sumqayıt” EMF Avropa Kubokunda Aldak 422-ə 2:4 məğlub oldu

Futbol
Dünən, 22:23

Şimal futbol klubu sınaq matçında 3:0 qələbə qazandı

Basketbol
Dünən, 19:26

Sumqayıt basketbol klubu ABŞlı oyunçusu Cordan Vatsonla müqavilə imzaladı

Futbol
Dünən, 16:49

Mahir Emreli: Millidə qələbə vacib deyil, əsas odur ki, yaxşı oyun göstərək

Boks
Dünən, 11:32

Azərbaycan boks komandası Avropa çempionatında ikinciliyi tutaraq iki qızıl, bir gümüş və iki bürünc medal qazandı

Futbol
Dünən, 10:33

U-21 milli komandasının futbolçusu: “Komanda olaraq çox yaxşı oynadıq, 1 xal qazandıq” - MÜSAHİBƏ

Futbol
Dünən, 09:08

PSJ məşqçisi Luis Enrique Arsenalın İspan futbolçusunu 80 milyon avroya transfer etməyi planlaşdırır

Futbol
Dünən, 05:17

Tomas Tuxel, İspaniya millisinin güclü tərəflərini açıqladı

Futbol
Dünən, 04:38

Mbappe sol diz zədəsi səbəbindən Fransa millisindən ayrılır, Real Madridə qayıdır

Futbol
Dünən, 03:09

Zidane, Mbappé-nin zədəsini “Çox pis” adlandırdı

Qarabağ FK
25 sentyabr 2026, 21:27

İlham Zəkiyev Tbilisidə keçirilən dünya çempionatında səkkizinci dəfə iştirak edəcək

Futbol
25 sentyabr 2026, 20:52

“Qəbələ” Rafael Utziqi ilə müqavilə imzaladı

Qarabağ FK
25 sentyabr 2026, 20:19

Dudek Koxalskinin “Qarabağ”ı tərk edərək “Vyeçista Krakov”a keçməsini rahatlıq seçmək kimi tənqid etdi

Futbol
25 sentyabr 2026, 19:58

“Yuventus” Fransisko Konseysao ilə yeni müqavilə imzalamaq üçün hazırlıqlar aparır

Basketbol
25 sentyabr 2026, 19:29

“LANDAU Lions” basketbol komandası Səbuhi Hacıyevlə əməkdaşlıq bağladı

Basketbol
25 sentyabr 2026, 18:30

Sumqayıt klubuna İngiltərəli basketbolçu Coş Oqundele qoşuldu

Futbol
25 sentyabr 2026, 17:47

Rəşad Abdullayev: Litva qarşısında qələbə şansı var

Gimnastika
25 sentyabr 2026, 17:42

Azərbaycan akrobatika gimnastları dünya çempionatının finalına yüksəldi

Futbol
25 sentyabr 2026, 14:29

Neftçi futbolçusu Sessi D’Almeyda Messi-nin vida matçında iştirak edə bilər

Futbol
25 sentyabr 2026, 14:15

Zirədən ayrılan qapıçı Tiago Silva “Şəfa”da - Rəsmi

Oxşar xəbərlər