top
Ağasəlim Mircavadov: Premyer Liqada komandaların vəziyyəti sentyabrda aydınlaşacaq Sport24.az
02 sentyabr 2025, 17:00
- ↺ +

Ağasəlim Mircavadov: Premyer Liqada komandaların vəziyyəti sentyabrda aydınlaşacaq

"Təlim-məşq toplanışından sonra ilk oyunlar həmişə ağır olur. Avqustda baş tutan 3 oyundan sonra komandalar bir qədər özlərinə gəlib".  Bu sözləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov deyib.

AFFA-nın Məşqçilər Komitəsinin üzvü Misli Premyer Liqasının geridə qalan 3 turunu dəyərləndirib:

"Bazar günü "Sabah" - "İmişli" matçında qonaqlar üçün çətin olacağını düşünürdük. Çox yaxşı oynadılar, qol vurdular, qələbə qazandılar. Dediyim odur ki, 1-2 klubu çıxmaq şərtilə komandaların hansı səviyyədə olduğunu demək çətindir. Sentyabrda artıq bilinəcək ki, 6-12-ci pillələrdə kimlər qərarlaşacaq. Hazırda yalnız "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandığı üçün sevinirik. Oyunla buna layiq olduqlarını sübut etdilər. Premyer Liqada isə 1-2 klub məni çox məyus edir. "Neftçi"nin yeni transferləri güclü komandalardan gəlib. Amma yaxşı futbolçu,  yaxşı komandadır, demək deyil. Əksinə güclü futbolçunu komandanın oyun üslubuna hazır etməlisən. Hələ ki, "Neftçi"də bu yoxdur. Problemlər var, onları da həll etmək üçün məşqçilər korpusu daha çox işləməlidir".

 

Təcrübəli mütəxəssis mövsümün əvvəlində çoxlarının autsayder kimi qəbul etdiyi kollektivlər barədə də fikirlərini bölüşüb:

 

"İmişli", "Karvan-Yevlax" və "Qəbələ" kimi komandalar ölkəmizdə hazırlaşdılar. "İmişli" əvəzedici komandalar ilə yoldaşlıq oyunu keçirirdi. Bu kollektivdə bəyəndiyim məqam hər oyuna böyük istəklə çıxmasıdır. "Kəpəz"in işi isə çox çətindir. Hər gün mətbuatda klubun daxilində çaxnaşma olduğu barədə xəbərlər oxuyuruq. Bilinmir kim nə iş görür. Çempionat onlar üçün çox ağır olacaq".

 

Qeyd edək ki, 3 turdan sonra turnir cədvəlində 3 komanda - "Zirə", "Araz-Naxçıvan" və "Sumqayıt" 7 xalla şərikli liderdilər. Aktivində xal olmayan "Kəpəz" isə sonuncu pillədə qərarlaşıb.  

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 08:20

“SOCAR Polymer Arena”da Şəfa ilə Araz‑Naxçıvanın dueli

Futbol
Bu gün, 08:12

Messi Argentina klubuna qayıtmaq şansını rədd edir

Futbol
Bu gün, 08:00

Neymarın atası Santos klubunun baş meneceri təyin edildi

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Oxşar xəbərlər