top
Ağasəlim Mircavadov Misli Premyer Liqasının ilk turları və komandaların potensialı barədə danışıb Idman.biz
02 sentyabr 2025, 17:53
- ↺ +

Ağasəlim Mircavadov Misli Premyer Liqasının ilk turları və komandaların potensialı barədə danışıb

"Təlim-məşq toplanışından sonra ilk oyunlar həmişə ağır olur. Avqustda baş tutan 3 oyundan sonra komandalar bir qədər özlərinə gəlib".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov deyib.

AFFA-nın Məşqçilər Komitəsinin üzvü Misli Premyer Liqasının geridə qalan 3 turunu dəyərləndirib: "Bazar günü "Sabah" - "İmişli" matçında qonaqlar üçün çətin olacağını düşünürdük. Çox yaxşı oynadılar, qol vurdular, qələbə qazandılar. Dediyim odur ki, 1-2 klubu çıxmaq şərtilə komandaların hansı səviyyədə olduğunu demək çətindir. Sentyabrda artıq bilinəcək ki, 6-12-ci pillələrdə kimlər qərarlaşacaq. Hazırda yalnız "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandığı üçün sevinirik. Oyunla buna layiq olduqlarını sübut etdilər. Premyer Liqada isə 1-2 klub məni çox məyus edir. "Neftçi"nin yeni transferləri güclü komandalardan gəlib. Amma yaxşı futbolçu, yaxşı komandadır, demək deyil. Əksinə güclü futbolçunu komandanın oyun üslubuna hazır etməlisən. Hələ ki, "Neftçi"də bu yoxdur. Problemlər var, onları da həll etmək üçün məşqçilər korpusu daha çox işləməlidir".

Təcrübəli mütəxəssis mövsümün əvvəlində çoxlarının autsayder kimi qəbul etdiyi kollektivlər barədə də fikirlərini bölüşüb: "İmişli", "Karvan-Yevlax" və "Qəbələ" kimi komandalar ölkəmizdə hazırlaşdılar. "İmişli" əvəzedici komandalar ilə yoldaşlıq oyunu keçirirdi. Bu kollektivdə bəyəndiyim məqam hər oyuna böyük istəklə çıxmasıdır. "Kəpəz"in işi isə çox çətindir. Hər gün mətbuatda klubun daxilində çaxnaşma olduğu barədə xəbərlər oxuyuruq. Bilinmir kim nə iş görür. Çempionat onlar üçün çox ağır olacaq".

Qeyd edək ki, 3 turdan sonra turnir cədvəlində 3 komanda - "Zirə", "Araz-Naxçıvan" və "Sumqayıt" 7 xalla şərikli liderdilər. Aktivində xal olmayan "Kəpəz" isə sonuncu pillədə qərarlaşıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər