top
Ağasəlim Mircavadov: İnanıram ki, Zirə bu mərhələni keçəcək Idman.biz
23 iyul 2025, 16:12
- ↺ +

Ağasəlim Mircavadov: "İnanıram ki, "Zirə" bu mərhələni keçəcək"

"İlk matçdan çox şey asılıdır. Çünki tramplin olmalıdır. Qələbə ikinci oyuna böyük ümid verəcək. Belə cütlərin taleyi iki oyunun nəticəsi əsasında müəyyənləşir. Ona görə də görüş ərzində topla çox qalmaq lazımdır".

İdman.biz xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov "Zirə"nin evdə Xorvatiya "Hayduk"una qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk qarşılaşması barədə danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Premyer Liqası ilə avrokubok arasında böyük fərq var: "Ötən mövsüm "Zirə" Premyer Liqada çox uğurlu çıxış etdi. Özünəməxsus oyun üslubu sayəsində çempionatı ikinci pillədə bitirdilər. Lakin avrokubok oyunları ilə yerli çempionat arasında böyük fərq var. Bu komanda əziyyət çəkib Konfrans Liqasına vəsiqə qazanırsa, bunu əldən vermək olmaz".

Veteran futbolçunun fikrincə, hər iki komanda hazırda yaxşı formada deyil: "Zirə"nin həm oyunçuları, həm də məşqçi korpusunda xarakter var. Digər tərəfdən, lazımı mövqelərə yaxşı transferlər də ediblər. Lakin "Zirə" də, "Hayduk" da istənilən formada deyil. İstirahətdən gəliblər, çempionatlarda fasilədir. Səviyyə eyni ola bilər. Əsas amil oyunçu seçimi və liderlərin oyunudur. İlk turlarda liderlər komandanı arxasınca apara bilməlidirlər. İnanıram ki, "Zirə" bu mərhələni keçəcək".

"Hayduk"a gəlincə, Mircavadov Xorvatiya klubunun əksər oyunçularının xaricdə çıxış etdiklərini, gənc futbolçuları hazırlayıb legioner həyatı yaşamağa göndərdiklərini xatırladıb. Onun sözlərinə görə, hazırda Avropa klubları 10 il əvvəllə müqayisədə çox gücləniblər: "Baxıram, Konfrans Liqasında iştirak edən komandalara, əvəllər çox adam bunları tanımırdı. Hər ölkənin öz futbol strategiyası var ki, bununla da hərəkət edirlər. "Hayduk" da çalışacaq ki, mərhələ keçsin, amma "Zirə" onlardan daha üstündür. 10 il bundan əvvəllə müqayisədə Avropa klublarının çoxu güclənib. Orada nə qol epizodları yaratdın, istifadə etməlisən. Azərbaycan çermpionatında 4-5 qol epizodundan birindən istifadə edirsən. Yəni, bu amillər önəmlidir".

Hər iki tərəfin analizlər apardığını vurğulayan sabiq baş məşqçi "Zirə"nin ən az qol buraxan komandalardan olmasına diqqət çəkib: "Rəşad Sadıqov özünə və komandasına inanır. SSRİ dönəmində də belə şey vardı ki, komanda və məşqçilər korpusu bir-birinə inanmalıdır. İndiki halda, bu, həddindən artıq böyük rol oynayır. İnam böyük olmalıdır. İnam xarakterin qoludur, bu da "Zirə"də var. Buradakı oyunu ikinci görüşdə də göstərmək lazımdır. "Zirə" hazırda Azərbaycan çempionatında ən az qol buraxan komandalardan biridir. Oyunda müdafiə ilə yanaşı, yaradılan qol vəziyyətləırindən istifadə etmək də önəmlidir. Bu oyunu inkişaf etdirmık lazımdır. Qələbə ikinci görüş üçün komandaya böyük ruh verəcək".

Mircavadov bugünkü matçda şansları dəyərləndirməkdən imtina edib: "Xorvatiya klubu olaraq, "Hayduk"u da zəif görmürəm. Komandaların oyuna hazırlığı, taktiki gedişləri və istəyi əsas rol oynayacaq. Həmçinin, 12-ci oyunçu, yəni azarkeşlər də mütləqdir. Stadion da əsl futbol məkanıdır, ab-hava da önəmlidir. Hazırda "Zirə"yə önəm verirəm. Onlara böyük uğurlar arzulayıram".

Qeyd edək ki, bu gün 8-ci km stadionunda ("Neftçi Arena") keçiriləcək "Zirə" - "Hayduk" matçı saat 19:30-da başlanacaq. Cavab görüşü iyulun 31-də Split şəhərindəki "Polyud" stadionunda olacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

“Mançester Yunayted”in Karrikin işindən çıxarmama səbəbləri

Formula 1
Bu gün, 05:16

Norris: Çempionluq mübarizəsi üçün hələ tam hazır deyilik

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Oxşar xəbərlər