top
Ağasəlim Mircavadov: Dublindəki hesab Qarabağda arxayınlıq yaratmayacaq Report.az
24 iyul 2025, 17:40
- ↺ +

Ağasəlim Mircavadov: "Dublindəki hesab "Qarabağ"da arxayınlıq yaratmayacaq"

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn"la (İrlandiya) ilk görüşündə qeydə alınan hesab "Qarabağ"da arxayınlıq yaratmayacaq.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

"Şöhrət" ordenli mütəxəssis səfər matçında Ağdam təmsilçisinin heyətində müəyyən rotasiyaların ola biləcəyini istisna etməyib:

"Dublində qeydə alınan hesabın cavab matçında "Qarabağ"da arxayınlıq yaradacağını düşünmürəm. Futbolçuların hər biri peşəkardır. Həm də iyulun 30-da baş tutacaq oyunda stadionun dolacağını fikirləşirəm. Çünki azarkeşlər oyuna gələcəklər və istirahət etmək istəyəcəklər. Amma heyətdə müəyyən rotasiyalar mümkündür. İndiki halda komandada hər mövqeyə iki oyunçu var. Gördüklərimə əsasən komandanın yaxşı hazırlıq keçdiyini deyə bilərəm. Fiziki durum qaydasındadır. Sadəcə, hücum, inkişaf, meydanın rəqibə aid hissəsində çoxalmaq, top saxlamaq kimi məqamlara fikir vermək lazımdır".

O, "Qarabağ"ın yaxşı hazırlıq keçdiyini söyləyib:

"Qarabağ"ın təlim-məşq prosesinin ağır olduğu hiss edilir. Çünki ilk oyundakı bəzi epizodlarda futbolçular topla rahat davrana bilmirdilər. Normal haldır, ağır yüklənmə olub, ancaq bu, bir oyunluq deyil. Belə yüklənmə "Qarabağ"a ən azı altı aya qədər kömək edəcək. Heyətdə iki yeni futbolçu oynadı. Düzdür, bir matça görə onlarla bağlı qərar vermək olmaz. Amma "Qarabağ"ın üslubunu bilirlər. Dünənki matçda dayaq yarımmüdafiəçisi yox səviyyəsində idi. Biz Kadi Borqesi hücumçuların arxasında və ya vinger kimi görmüşük. Amma dünənki görüşdə ikinci dayaq yarımmüdafiəçisi rolunda idi. Normal oynadılar, əsas odur ki, qollar vurdular. Bu da komandanı ruhlandırır və hansı səhvlərin üzərində işləmək lazım olduğunu göstərir. Belə ölkələrdə oynamaq çətindir. Çünki azarkeşləri aqressiv olurlar. Stadionun balaca olmasına baxmayaraq, ot örtüyü çox yaxşı idi. Bu da Böyük Britaniya ölkələrində futbola çox fikir verilməsinin göstəricisidir".

Qeyd edək ki, komandalar arasında Dublində baş tutan görüş Azərbaycan çempionunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:30

"Napoli" qış transfer pəncərəsində yeni mərkəz müdafiəçisi və hücumçu edəcək

Qarabağ FK
Bu gün, 15:28

Almaniyada yaşayan azərbaycanlı futbolçu Nihat İsgəndərov: “Milli komandaya qayıtmaq şərəf olar”

Basketbol
Bu gün, 15:20

Sabahı məğlub edən Trabzonspor FIBA Çempionlar Liqasında qrup liderliyini hədəfləyir

Futbol
Bu gün, 15:08

Chelsea və Manchester United Sportinqin vingeri Flavio Qonsalveyi tutmaq üçün mübarizə aparır

Futbol
Bu gün, 15:06

Antonela Rokusuo azyaşlı Messi fanatına kömək etdi

Şahmat
Bu gün, 14:56

Azərbaycan şahmatçıları Monteneqroda keçirilən klublararası Avropa Kubokunda medallar qazanıb

Futbol
Bu gün, 14:48

Barselona – Real Madrid: Muskimin el-Klasiko dəyirmi niyyətilə - Mourinyo ilk dəfə "Kamp Nou"ya qayıdır

Futbol
Bu gün, 14:30

Tottenham baş məşqçisi Roberto De Zerbi Harry Kane-i Ballon d'Or namizədi hesab edir

Futbol
Bu gün, 14:28

Beşiktaş futbolçu Kartal Yılmazın matçdan əvvəl Counter-Strike oynadığı iddiası

Futbol
Bu gün, 14:08

Real akademiyasında 150-dən çox qol vurduğu Enso Alveş

Futbol
Bu gün, 14:00

Şimalın Qələbəsi: Tural Cəlilov Baku Sportinqlə Mükəmməl Şərh Yapar

Futbol
Bu gün, 13:48

Bakıda keçirilən FIFA U-15 dünya çempionatı sensasiya ilə başladı: Argentina Əlcəzairə məğlub oldu

Futbol
Bu gün, 13:30

Arsenalın ulduz hücumçısı Bukayo Saka 6 həftə sahədən uzaq qalacaq

Futbol
Bu gün, 13:20

Bavariya klubunun baş məşqçisi Vensan Kompani məşq zamanı huşunu itirərək xəstəxanaya yerləşdirilib

Futbol
Bu gün, 13:00

1 milyon manatlıq büdcəsinə baxmayaraq "Səbail" 6 turdan sonra 4-cü yerdədir və nəzərdə tutulan nəticələri verə bilmir

Digər
Bu gün, 12:48

UFC 333 Əbu-Dabi: İki titul döyüşü və Azərbaycanlı döyüşçü Asəf Çopurovun debütü

Futbol
Bu gün, 12:30

Trabzonspor qapıçısı Andre Onana ailəsi ilə qəzaya düşdü, xəsarət almadı

Basketbol
Bu gün, 12:28

Georgi Kondruseviç “Sabah”la qarşılaşmanı dəyərləndirdi

Futbol
Bu gün, 12:12

Qattuzo Interlə Qələbə Qazandı: İtaliya Milli Komandadan Qurtuldu

Futbol
Bu gün, 12:08

İPL: Manchester City liderliyini qoruyur, Liverpul Braytonu qarşılayır

Futbol
Bu gün, 11:56

Baku'da Tarixdə İlk FIFA U-15 Dünya Çempionatı və Festivalı

Futbol
Bu gün, 11:30

Rafael van der Vaart 'Qızıl top' favoritini Mbappe kimi seçdi

Futbol
Bu gün, 11:12

Barselona, Bavariya və Çelsi "Brayton"un müdafiəçisi Luka Vuşkoviçin transferinə maraqlıdır

Futbol
Bu gün, 11:00

Leqbo: 3-2 qələbəsində oyundan qopmadıq

Oxşar xəbərlər