top
Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə Idman.biz
Bu gün, 03:38
- ↺ +

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

"Gərgin oyun olacağını bilirdik. Bizi çətin qarşılaşmanın gözlədiyini anlayırdıq. "Şəfa" da, biz də turnir cədvəlinin son pillələrində qərarlaşmışıq. Çox istəyirdik ki, bu oyunda qələbə qazanaq. Təəssüf ki, istəyimizə nail ola bilmədik. Nəticə artıq bəllidir. Başa düşürük ki, "Şəfa" da xal itirmək istəmirdi, çünki bu qarşılaşma onlar üçün də çox vacib idi. Amma düşünürəm ki, oyun belə nəticələnməməli idi".

İdman.Biz xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın futbolçusu Ağadadaş Salyanskinin səfərdə "Şəfa" ila 2:2 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının 11-ci tur matçından sonra sportify.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Qollar vursanız da, komandan qələbə qazana bilmirsiniz. Bu, hücumçu olaraq sizə necə təsir edir?

– Əvvəlki müsahibələrimdə də bildirmişdim ki, qol vurursansa və komandan qələbə qazanırsa, bunun dadı tamam başqadır. Belə olanda qolunun sevincini daha çox yaşaya, qələbənin ləzzətini çıxara bilirsən. Amma nəticə istədiyin kimi olmayanda bir qədər məyus olursan. Qol vurursan, ancaq komanda qalib gəlmirsə, sevincini tam yaşaya bilmirsən.

– Qollarınızla yanaşı, elə "SOCAR Polymer Arena"da "Sumqayıt"a 1:2 hesabı ilə uduzduğunuz səkkizinci tur matçında qırmızı vərəqə də aldınız.

– Həmin epizodda istəmədən sürüşdüm. "Sumqayıt"la oyunda da ot örtüyünün bir qədər sürüşkən olduğunu görmüşdük. Bu dəfə də meydanın vəziyyəti belə idi. Düzdür, həmin epizoddan əvvəl bir sarı vərəqə almışdım. İki dəqiqə keçməmiş sürüşdüm və ikinci sarı vərəqəni alaraq qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldım.

– Premyer Liqada beş qol vurmusunuz və azərbaycanlı futbolçular arasında bombardir sizsiniz. "Şəfa"ya qol vurduqdan sonra sanki milli komandaya dəvət almamağınızla bağlı mesaj göndərdiniz.

– Xeyr, mesaj yox idi. Amma açığı, milli komandaya dəvət gözləyirdim. Nə qədər olsa da, klubumuz turnir cədvəlinin ən aşağı pilləsində qərarlaşsa da, statistik göstəricilərim yaxşı idi. Artıq 22 yaşım var və U-21 yığmasına çağırılmağım mümkün deyil. Bundan sonra yalnız əsas milliyə dəvət almaq üçün çalışacağam. Baş məşqçi Ayxan Abbasovun qərarına hörmətlə yanaşıram. Daha çox çalışıb qollarımı artırmağa səy göstərəcəyəm. Növbəti dəfə əsas millinin heyətində yer alaram.

– "Neftçi" artıq çempionatın lideridir. Komandaya qayıtmaq istərdinizmi?

– Mən "Araz-Naxçıvan"da icarə əsasında çıxış edirəm. Bir illik icarə müqaviləm başa çatdıqdan sonra yenə "Neftçi"nin sərəncamında olacağam. Qərarı artıq onlar verəcəklər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Güləş
Dünən, 21:54

Elgün Kərimli Dakar-2026 Yay Olimpiya Oyunları çimərlik güləşində qızıl medal qazandı;

Futbol
Dünən, 21:29

Şəmkir 1-0 Ağstafa Gəncləri – Qasımovun qolu qələbə gətirdi

Futbol
Dünən, 20:37

"Bayer" Bundesliqanın 9-cu turunda "Köln"ü səfərdə 2:1 hesabı ilə məğlub edərək 5-ci yeri tutub

Oxşar xəbərlər