top
Aftandil Hacıyevdən müsahibə: Qarabağ niyə də Çelsi ilə evdə sürpriz etməsin? Idman.biz
29 oktyabr 2025, 11:36
- ↺ +

Aftandil Hacıyevdən müsahibə: "Qarabağ" niyə də "Çelsi" ilə evdə sürpriz etməsin?"

Bunu "Qarabağ" akademiyasının koordinatoru Aftandil Hacıyevin futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– "Qarabağ"ın əsas komandasının "Atletik"lə səfər matçındakı (1:3) oyununu və qeydə alınan nəticəni necə şərh edərdiniz? Sizcə, hesabdakı üstünlüyü qorumaq üçün nə çatışmadı?

– "Qarabağ" bundan öncəki iki görüşdə müsbət nəticə qazanmışdı, bunu nəzərə alsaq, nəticə hər cür ola bilərdi. Bu oyuna da yaxşı başladıq, ilk dəqiqələrdə qol vurduq. Ancaq bu rəqib tam fərqli rəqib idi. Çempionlar Liqasında bu cür rəqiblərlə oyunlarda sabit çıxış etmək böyük təcrübə, geniş heyət, rəqiblər qədər keyfiyyət tələb edir. "Qarabağ" bu gün ruhu, sistemi ilə bu yerlərə gəlib çıxıb. Düşünürəm ki, bu, davam edəcək. Hesabdakı üstünlüyü qorumaq üçün nə çatışmadığına gəlincə, məncə, burada rəqibi qabartmaq lazımdır. Çox sürətli oynadılar, "Qarabağ"ı təzyiq altında saxlamağı bacardılar. "Qarabağ"ı yaxşı təhlil etmişdilər. Komandamız sonadək çalışdı ki, hücum etsin, rəqibi təhlükə altında saxlasın. Bu, bir neçə epizodda da alındı. Sadəcə, sonluq dəqiq olmadı.

– Marko Yankoviç ilk dəqiqələrdən oynamaq gücündə olsaydı, "Qarabağ" daha yaxşı təsir bağışlayardımı?

– Marko önəmli oyunçudur. Bunu hamımız bilirik ki, Yankoviç oynayanda "Qarabağ" mərkəzdə daha inamlı təsir bağışlayır. Onun topu qəbul etməsi, soyuqqanlı oyun göstərməsi komandanın rahat çıxışına gətirib çıxarır. Amma o olsaydı, "Qarabağ"ın "Atletik"lə görüşdə daha yaxşı təsir bağışlayacağını demək çətindir. Çünki həmin gün həqiqətən də "Atletik"in oyun tempi yüksək idi. Təkcə Yankoviçlə nəsə əldə etmək çətindir, yalnız komanda şəklində uğur qazanmaq olardı. Düşünürəm ki, qeydə alınan nəticədə rəqib amili daha çox rol oynadı, nəinki Marko Yankoviçin olmaması.

– Bu oyunda sağ vinger mövqeyində yer alan Kamilo Duranın çıxışını necə qiymətləndirirsiniz? Razısınız ki, o, mərkəz hücumçusu mövqeyində daha effektlidir?

– Kamilo universal futbolçudur. Məncə, Qurban Qurbanov meydana optimal heyət buraxmışdı. Nəriman Axundzadə də komandanın uğurlarında az rol oynamayıb, əsas hücumçulardan biridir. Qurban müəllim mövqe dəyişikliyi etmişdi. Amma Kamilo göstərdi ki, lazım olsa, hətta vinger kimi də komandaya fayda verə bilər. Təbii ki, rotasiyalara çox ehtiyac olacaq. Növbəti oyunlarda Kamilonu yenidən mərkəz hücumçusu mövqeyində görə bilərik. Duran "Benfika" ilə matçda hücumçu keyfiyyətlərini göstərməyi bacarmışdı. Amma düşünürəm ki, vinger kimi də lazım olan kriteriyalara sahibdir.

– 73-cü dəqiqədə Mateus Silvanın yerdə qaldığı, ancaq hakimin "Atletik"in qapısına penalti təyin etmədiyi epizodla bağlı düşüncəniz necədir?

– Oyuna canlı baxanda hər birimiz penaltinin olduğunu düşündük. Amma hakim fərqli qərar verdi. Bizi məyus edən verilən qərar deyil. Ən azından, hakimi VAR otağından həmin epizodu monitordan izləməyə çağıra bilərdilər. Referinin monitordan epizodu izlədikdən sonra fərqli qərar verəcəyini gözləmək olardı. Əfsuslar olsun ki, VAR otağında əyləşən hakimlər buna ehtiyac duymadılar. Düzdür, rəqib müdafiəçi topa toxunur. Amma mənə görə bu toxunuş təhlükəni tam sovuşdurmağa kifayət etmir. Daha sonra Mateusun ayağına toxunması epizodun daha çox penaltiyə oxşadığını deməyə əsas verir. Həmin an kritik dəqiqələr idi, hesab bərabərləşə bilərdi. Olmadı. Bəlkə də oyunun qırılma anı o epizod idi. Hakimin verdiyi qərar "Qarabağ"ın məğlubiyyətinə təsir etdi.

– Çempionlar Liqasında növbəti oyun Bakıda "Çelsi"yə qarşı olacaq. "Qarabağ"ın bu görüşdə sürpriz etməyə gücü çatarmı?

– "Qarabağ" artıq sürprizlər edib. Niyə də "Çelsi" ilə ev oyununda da bunu bacarmasın?! Hamımız inanır, "Qarabağ"ın "Çelsi" ilə görüşdə yaxşı nəticə qazanacağına ümid edirik. Təbii ki, qarşındakı rəqib "Çelsi" olduqda ehtiyatlı oynamaq lazım gəlir. Amma bütün hallarda hər birimizi maraqlı görüş gözləyir.

– "Qarabağ"ın Çempionlar Liqasında 24 komanda sırasına düşəcəyinə inanırsınızmı?

– İnamım böyükdür, Liqa mərhələsinə çox yaxşı start veriblər. Hələ də topladıqları xalla ilk 13 komanda arasında qərarlaşıblar. Bundan sonra qazanılacaq hər bir xal belə, 24 komanda arasında qalmağa kömək edəcək. "Qarabağ" bu potensiala sahibdir və "24-lük"də yer almağa layiqdir. Çox istərdim ki, azarkeşlərimiz Çempionlar Liqasının pley-off mərhələsinə çıxacaq "Qarabağ"ın tarixi oyunlarını görə bilsinlər.

– "Qarabağ"ın U-19 komandası isə UEFA Gənclər Liqasında "Atletik"ə 0:3 hesabı ilə uduzdu. Bu məğlubiyyət haqda nə demək istəyirsiniz?

– U-19 komandamız çox böyük təcrübə qazanır. Hər bir görüş onlar üçün növbəti dərs, növbəti təcrübə hesab olunur. Əsas komandadan fərqli olaraq, bu gün 19 yaşlılarımızdan ÇL-də uğurlu nəticə gözləmək çox çətindir. Çünki bizimlə qarşılaşan klubların hər birinin akademiyası təkcə Avropada deyil, dünyada sayılıb-seçilən akademiyalardır və uzun illər ərzində qurulmuş sistemlə böyük futbolçular yetişdirirlər. Gənclərimiz üçün mübarizə aparmaq çox çətin olur. Amma oyundan-oyuna artırdıqlarını görürük, daha inamlı və cəsarətli oynamağa başlayıblar. Uduzsaq da, meydanda necə döyüşdüklərini görmək bizim üçün xoş idi. Növbəti görüş "Çelsi"yə qarşı olacaq. "Çelsi" UEFA Gənclər Liqasında iddialı hesab olunur, son turda "Ayaks"ı 6:3 hesabı ilə məğlub ediblər. Futbolçularımız bu oyunu səbirsizliklə gözləyirlər, növbəti təcrübəni qazanmaq üçün alışıb-yanırlar. Çalışacağıq ki, nəticə nə olursa-olsun, bu matçda da rəqibimizə layiqli müqavimət göstərək, meydanda sona qədər mübarizə aparaq.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 11:32

Azərbaycan boks komandası Avropa çempionatında ikinciliyi tutaraq iki qızıl, bir gümüş və iki bürünc medal qazandı

Futbol
Bu gün, 10:33

U-21 milli komandasının futbolçusu: “Komanda olaraq çox yaxşı oynadıq, 1 xal qazandıq” - MÜSAHİBƏ

Futbol
Bu gün, 09:08

PSJ məşqçisi Luis Enrique Arsenalın İspan futbolçusunu 80 milyon avroya transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 05:17

Tomas Tuxel, İspaniya millisinin güclü tərəflərini açıqladı

Futbol
Bu gün, 04:38

Mbappe sol diz zədəsi səbəbindən Fransa millisindən ayrılır, Real Madridə qayıdır

Futbol
Bu gün, 03:09

Zidane, Mbappé-nin zədəsini “Çox pis” adlandırdı

Qarabağ FK
Dünən, 21:27

İlham Zəkiyev Tbilisidə keçirilən dünya çempionatında səkkizinci dəfə iştirak edəcək

Futbol
Dünən, 20:52

“Qəbələ” Rafael Utziqi ilə müqavilə imzaladı

Qarabağ FK
Dünən, 20:19

Dudek Koxalskinin “Qarabağ”ı tərk edərək “Vyeçista Krakov”a keçməsini rahatlıq seçmək kimi tənqid etdi

Futbol
Dünən, 19:58

“Yuventus” Fransisko Konseysao ilə yeni müqavilə imzalamaq üçün hazırlıqlar aparır

Basketbol
Dünən, 19:29

“LANDAU Lions” basketbol komandası Səbuhi Hacıyevlə əməkdaşlıq bağladı

Basketbol
Dünən, 18:30

Sumqayıt klubuna İngiltərəli basketbolçu Coş Oqundele qoşuldu

Futbol
Dünən, 17:47

Rəşad Abdullayev: Litva qarşısında qələbə şansı var

Gimnastika
Dünən, 17:42

Azərbaycan akrobatika gimnastları dünya çempionatının finalına yüksəldi

Futbol
Dünən, 14:29

Neftçi futbolçusu Sessi D’Almeyda Messi-nin vida matçında iştirak edə bilər

Futbol
Dünən, 14:15

Zirədən ayrılan qapıçı Tiago Silva “Şəfa”da - Rəsmi

Futbol
Dünən, 11:00

Araz‑Naxçıvan yeni baş məşqçi Yuri Maksimovun rəhbərliyi altında ilk məşqini keçirdi;

Minifutbol
Dünən, 09:50

“Birbaşa Bakı” və “Zirə” komandaları Çempionlar Liqasının 1/8 finalında İspaniyada çıxış edir

Futbol
Dünən, 09:43

Messinin Argentina millisində son oyun üçün biletlər dörd dəqiqəyə satıldı

Futbol
Dünən, 09:28

U-21 Azərbaycan milli komandası Çexiya ilə Bank Respublika Arenada üz-üzə gələcək

Şahmat
Dünən, 09:25

Azərbaycan şahmat komandası bu gün Özbəkistanda Ermənistan və Çexiya ilə qarşılaşacaq

Futbol
Dünən, 06:39

Lionel Skaloni, Argentina millisinin yeni kapitanı olaraq Kristian Romero'yu açıqladı

Futbol
Dünən, 01:49

Deku bildirib ki, Barcelona keçən yay Lautaro Martinez transferi üçün maraqlanmışdır

Futbol
24 sentyabr 2026, 23:21

Mançester Yunayted və Tottenham Fulham‑ın xorvat hücumçusu İqor Matanoviçi üçün maraqlanır

Oxşar xəbərlər