top
Aftandil Hacıyev: Səbaildəki daxili proseslər nəticəsində vəziyyət belə formalaşdı - MÜSAHİBƏ Idman.biz
12 may 2025, 17:14
- ↺ +

Aftandil Hacıyev: "Səbail"dəki daxili proseslər nəticəsində vəziyyət belə formalaşdı" - MÜSAHİBƏ

Futbol məşqçisi Aftandil Hacıyevin İdman.biz-ə müsahibəsi

- "Səbail"in Misli Premyer Liqasının başa çatmasına iki tur qalmış I Liqaya düşməsi rəsmiləşdi. Vaxtilə bu klubda çalışan, bürünc medal qazanan və avrokuboka çıxaran məşqçi kimi çox güman, bu xəbər sizi də üzdü.

- Əlbəttə. "Səbail"də yaxşı günlərimiz olub. Klubun inkişafı, adının qaldırılması istiqamətində mühüm işlər görən bir çox insanın adını çəkə bilərik. Təəssüf ki, artıq komandanın Premyer Liqanı tərk etməsinə şahid olduq. Neyləmək olar, futbolda belə hallar da yaşanır. Çox istərdim ki, komanda I liqada belə olsa fəaliyyətini davam etdirsin. Vaxtilə "Səbail"də çox yaxşı işlər görmüşdük. Davamını gətirmək istəsək də, təəssüf ki, alınmadı.

- Niyə alınmadı?

- Bu tək mənimlə bağlı olan məsələ deyildi. Klubun daxilində baş verən proseslər və ümumi iş prinsiplərinin dəyişməsindən dolayı vəziyyət bu cür alındı. Sabit fəaliyyətin davam etdirilməməsi kimi səbəblər klubun aşağı diviziona yuvarlanmasına gətirib çıxardı.

- Qeyri-sabitlikdən söz düşmüşkən, baş məşqçinin tez-tez dəyişməsini klubun uğursuz nəticələrinin əsas səbəbi kimi göstərmək olar?

- Deməzdim. Bu sadəcə səbəblərdən biridir, ancaq əsas deyil. Zənnimcə, klubun idarəçilik sistemində yanlışlıqlar oldu. Klub əldən-ələ keçdi. Bu da öz növbəsində nəticələrə təsir etdi. Bir məşqçi komandanı formalaşdırırdı, digəri davam etdirdi. Belə olan halda sabit oyun nümayiş etdirib uğurlu nəticələrə imza atmaq çətin məsələdir.

- Azərbaycan çempionatında "Şamaxı" və "Qəbələ"nin 1 illik fasilədən sonra yenidən Premyer Liqaya qayıtması təcrübəsi var. Sizcə, "Səbail" də bunu bacara bilər?

- Ümid edirəm ki, komanda təkrar toparlanıb gələn mövsüm yenidən Premyer Liqaya qayıdar. Bilirik ki, Bayıl qəsəbəsi Azərbaycan futboluna Maksim Medvedev, Rauf Əliyev kimi futbolçular verib. Akademiyadan gələcəkdə yaxşı futbolçular çıxa bilər. Çox istərdim ki, Akademiyaları fəaliyyətini davam etdirsin. Ümumiyyətlə, Bayıl futbolla yaşayan qəsəbədir. Ən çox buna görə üzülürəm. Bilirəm ki, azarkeşlər də hazırda məyusdur. Onlar klublarının böyük uğurlara imza atmasına ümidli idilər. Müəyyən dövr yaxşı nəticələrə də sevindik, Avropa həyəcanını da yaşadıq. Əfsuslar olsun ki, bunun davamını gətirmək alınmadı.

- Siz qalsaydınız, bu uğurların davamını gətirə bilərdiz? Ümumiyyətlə, necə düşünürsünüz, baş məşqçi postunda siz olsaydınız, "Səbail" aşağı dəstəyə düşərdi?

- Bu suala cavab vermək çətindir. Çünki tək mənim qalmağımla deyildi, klub fəaliyyətini vahid bir sistem üzrə davam etməliydi. Birlik olmayan yerdə hansısa uğurdan danışmaq olmaz. "Mən qalsaydım nə olardı" haqqında danışmaq da gecdir. Ümid edirəm, komanda həvəsdən düşməyib yenidən Premyer Liqaya qayıdar. "Səbail"ə uğurlar arzulayıram.

Aytac Sahəd
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:20

Napoli, Rafa Marinin müqaviləsini uzatacaq

Futbol
Bu gün, 13:12

"Sabah"-ın prezidenti Puxaçın transferindəki mistik məqamdan danışıb

Digər
Bu gün, 13:08

AMADA nümayəndələri antidopinqdə inovasiya və süni intellekt mövzusunda beynəlxalq vebinarda iştirak etdilər

Futbol
Bu gün, 13:00

Neftçi, Ataa Caberinə ‘Zirə’ təklifinə baxmayıb

Futbol
Bu gün, 12:57

Azərbaycan U-15 millisinin baş məşqçisi Famil Xəlilov: Əfqanıstan məğlubiyyətindən sonra futbolçulara inanmaq lazımdır

Basketbol
Bu gün, 12:51

Kemeron Buzer NBA-da Lebron Ceymsin rekordunu qırıb

Qarabağ FK
Bu gün, 12:45

Fənərbaxça əfsanəvi argentinalı Lionel Messiyə 50 milyon avroluq təklif etdi

Voleybol
Bu gün, 12:41

Turan komandası avtobusta rəqslə CEV Çempionlar Liqası üçüncü təsnifat mərhələsinə yüksəlməni qeyd edib

Futbol
Bu gün, 12:34

U-15 Milli Yığma Əfqanıstanla Penaltıda Məğlub Oldu

Futbol
Bu gün, 12:26

Olimpiakos, Sabahın müdafiəçisi Stiv Solveti ilə müqavilə imzalamağa yönəldi

Futbol
Bu gün, 12:20

Lionel Messi Inter Miami'də qalacaq, Nevil's Old Boys'a dönüş etməyəcək

Qarabağ FK
Bu gün, 12:00

“Qarabağ”ın zədəli qapıçısı Bəkədə göründü – U‑15 dünya çempionatında ölkəsinin yığmasına dəstək oldu

Basketbol
Bu gün, 11:26

Gəncə Basketbol Klubu Portuqaliyada Tarixi Qələbə Qazanıb

Futbol
Bu gün, 11:21

“Marafon” komandası Azərbaycan Kubokunda 1/8 finala yüksəldi

Futbol
Bu gün, 11:20

Alberto Ruiz Real Madrid tərəfindən 2028-ci ilə qədər qoruma altına alındı

Futbol
Bu gün, 11:20

Real, satdığı müdafiəçi Xakobo Ramonu geri qaytarmaq planlaşdırır

Futbol
Bu gün, 11:00

Xankəndinin baş məşqçisi: Bu tip penaltı məğlubiyyətimizi üzur

Qarabağ FK
Bu gün, 10:55

U-15 dünya çempionatında Azərbaycan klublarının skautlarının seçmə fəaliyyəti

Futbol
Bu gün, 10:45

Fənərbağçanın yeni baş məşqçi axtarışı: Aykut Kocaman və digər namizədlər gündəmdə

Voleybol
Bu gün, 10:25

Murov Az Terminal vs Gənclər: Super Liqa ikinci turu bu gün

Futbol
Bu gün, 10:20

Afrika Millətləri Kuboku 2027-ci ildə yenidən iki ildə bir keçiriləcək

Futbol
Bu gün, 10:14

Salahın oxşarı Trabzonsporda çıxdı

Futbol
Bu gün, 10:13

PSJ və Qalatasaray bugünkü səfər oyunlarına çıxır

Basketbol
Bu gün, 10:12

Azərbaycan Basketbol Liqasında V turun ilk oyunu bugün başlayacaq

Oxşar xəbərlər