top
Aftandil Hacıyev: Gələcəyə nikbin baxırıq, U-19-dan daha artığını tələb etmək doğru olmaz Idman.biz
23 oktyabr 2025, 20:34
- +

Aftandil Hacıyev: "Gələcəyə nikbin baxırıq, U-19-dan daha artığını tələb etmək doğru olmaz"

"Gələcəyə nikbin baxırıq".

Bu sözləri "Report"a "Qarabağ"ın akademiyasının koordinatoru Aftandil Hacıyev deyib.

O, komandanın ötən gün İspaniyanın müvafiq yaş qrupundan ibarət "Atletik" kollektivinə uduzduğu matçla (0:3) bağlı fikirlərini bölüşüb:

"Komanda son dəqiqəyə kimi döyüşdü. Görünən o idi ki, bundan əvvəlki matçlarda yaxşı dərs çıxarılıb. Ən azından futbolçular yaxşı mübarizə apardılar. "Atletik"in U-19 komandası UEFA Gənclər Liqasının iddialı kollektivlərindən hesab edilir. Üç oyunda maksimum nəticə göstəriblər. Evdə "Arsenal"ı (İngiltərə) 3:1, səfərdə "Borussiya"nı (Dortmund, Almaniya) 4:0 məğlub ediblər. Sürətli və texnikalı oyunçuları var".

A.Hacıyev futbolçuların zaman keçdikcə təcrübə topladığını və yaxşı mübarizə apardığını vurğulayıb:
"Atletik"lə görüş kifayət qədər gərgin alındı. Futbolçular çox güc sərf etdilər. Onlardan daha artığını tələb etməyimiz doğru olmaz. Hər iki akademiyanı müqayisə etsək, rəqibimiz yetəri qədər öndədir. Ən azından ruh və mübarizəni görə bildik. Belə komandalarla başabaş mübarizə aparmaq üçün gənc futbolçulara diqqəti artırmalıyıq.

Oyunçularımızın belə matçlarda təcrübəsi azdır. Amma gələcəyə nikbin baxırıq. Bu cür qarşılaşmaların futbolçular və məşqçilərimiz üçün faydası çox olacaq. Oyunçulara təşəkkür edirik. Ən azından necə döyüşdüklərini gördük. Rəqibə müqavimət göstərməyə çalışdılar. Qarşıdakı oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq".

Qeyd edək ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv daha əvvəl Bakıda "Kopenhagen"ə 0:5 hesabı ilə uduzub. U-19 I turda isə səfərdə Portuqaliyanın "Benfika" komandasına 1:7 hesabı ilə məğlub olmuşdu.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər