top
Aftandil Hacıyev: Baş məşqçi dəyişikliyi milli komanda üçün ümidverici başlanğıcdır Idman.biz
09 sentyabr 2025, 16:11
- ↺ +

Aftandil Hacıyev: Baş məşqçi dəyişikliyi milli komanda üçün ümidverici başlanğıcdır

"AFFA-nın Fernandu Santuşla yollarını ayırması düzgün qərar idi".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında "Qarabağ" Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyev deyib.

Mütəxəssis Fernandu Santuşun Azərbaycan millisinin baş məşqçi postundan istefaya göndərilməsinə münasibət bildirib: "Hamıya məlumdur ki, bu addım bir günün içində atılmayıb. Portuqaliyalı mütəxəssisin rəhbərliyi altında milli komandamız nəticə qazana bilmirdi, qələbələr yox idi. Son oyunlarda futbolçularda milli ruhun və motivasiyanın azaldığı hiss olunurdu. Komanda sanki matçlara inamsız çıxırdı. Bu səbəbdən qərar mənim üçün gözlənilməz olmadı".

Onun sözlərinə görə, müvəqqəti baş məşqçi təyin olunan Ayxan Abbasovun rəhbərliyi altında yığmanın oyununda müsbət dəyişiklik gözlənilir: "Ayxan Abbasov gənc və motivasiyalı mütəxəssisdir. İnanıram ki, onun rəhbərliyi ilə futbolçularda milli ruh bir oyunluq da olsa, geri qayıdacaq. Dünya çempionatının seçmə mərhələsinə yaxşı əhvali-ruhiyyə ilə başlamadıq. Qrupun ən zəif komandalarından biri hesab edilən İslandiyaya 0:5 hesablı məğlubiyyət heç də yaxşı olmadı. Ardınca Ukrayna ilə matç öncəsi baş məşqçinin istefası da xoş hal deyil. Amma ümid edirəm ki, bugünki matçdan ən azı 1 xalla ayrıla biləcəyik. Çünki bu səviyyədə olan komandalara qarşı əvvəlki qarşılaşmalarda xal qazanmağı bacarmışıq".

A.Hacıyev qeyd edib ki, Azərbaycan millisi üçün bu mərhələdə ən vacib məqam psixoloji durumdur: "Komandada futbolçulara inam aşılamaq, birliyi qorumaq çox önəmlidir. Əks halda, arzuolunmaz nəticələr davam edə bilər. Ümid edirəm ki, dəyişiklik milli üçün yeni başlanğıc olacaq".

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Ukrayna qarşılaşması saat 20:00-da başlayacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Qarabağ FK
Dünən, 22:15

Aleksey Kaşuk: Ukrayna Milli Komandanı çağırışı – həyatımın arzuladığı an

Qarabağ FK
Dünən, 22:06

Mourinyo Vinisiusa əzab etdi: Güclü futbolçuların da bad günü olur

Voleybol
Dünən, 21:56

Azərbaycan Qadın Voleybol Super Liqası 2026/2027 mövsümünün açılış matçları

Qarabağ FK
Dünən, 21:55

Bədavi, Qurbanlı və Şahruddin Məhəmmədəliyev Azərbaycan Milli Komandasına dəvət edildi

Qarabağ FK
Dünən, 21:55

Qarabağın 7 futbolçusu milli yığmalara çağırıldı

Olimpiada
Dünən, 21:43

Badmintonçu Ülvi Hüseynov: Heç Vaxt Heçnə İmkansız Değildir - Video

Boks
Dünən, 21:34

Azərbaycan kikboksçuları Avropa çempionatı üçün Şimali Makedoniyaya yola düşdü

Futbol
Dünən, 21:27

Cennaro Qattuzo oktyabr ayının İtaliya Seriyası ən yaxşı məşqçisi seçildi

Futbol
Dünən, 21:26

Manchester Unitedda Carlos Balebanın ciddi zədəsi

Futbol
Dünən, 20:57

Neftçi-2 Turan Tovuz-2'ı 4:1-dən məğlub etdi

Qarabağ FK
Dünən, 20:50

Qurban Qurbanov: “Yeni futbolçular artıq özlərinə gəlməyə başlayırlar”

Oxşar xəbərlər