top
Afrikalı futbolçu və azərbaycanlı xanımın sevgi hekayəsi: Müəmmalı tanışlıq, elçilik və gələcək planlar Idman.biz
09 oktyabr 2025, 15:57
- ↺ +

Afrikalı futbolçu və azərbaycanlı xanımın sevgi hekayəsi: Müəmmalı tanışlıq, elçilik və gələcək planlar

Azərbaycan I Liqasında çıxış edən "Difai" klubunun kamerunlu futbolçusu Kristian Kamtanın Kübra adlı azərbaycanlı xanımla nişanlanması maraqla qarşılanıb. Oktyabrın 2-də Bakıda baş tutan cütlüyün şad günündə klub rəsmiləri də iştirak edib.

Teleqraf.az 21 yaşlı hücumçu ilə görüşərək bu barədə söhbətləşib:

– Kristian, əvvəlcə tanışlıq hekayənizi danışardınız…

– Əvvəlcə işlə əlaqədar mən Kübraya "Telegram" vasitəsilə yazdım. Qidalanmama nəzarət edəcəkdi. Bu, apreldə baş verdi. Daha sonra ofisinə dəvət etdi. Üz-üzə görüşdük. Görüşdən sonra ona mesaj yazdım: "Səni çox bəyəndim və tanış olmaq istəyirəm". O vaxt işinə çox fokuslandığı və karyera yüksəlişi yaşadığı üçün "yox" dedi. Amma iş birliyinə razılaşdı. Komandası ilə çöldə vaxt keçirirdilər, mən də bəzən onlara qoşulurdum. Fərqli millətdən olduğum üçün Kübra məni komandası ilə birlikdə vaxt keçirməyə dəvət edirdi. Onun mərhəmətini, insanlara, xüsusilə mənə qarşı qayğısını çox bəyəndim. İlk gündən demişdim ki, "məni sevməyin üçün əlimdən gələni edəcəyəm və biz ailə olacağıq". Beləcə, üç ay sonra qərara gəldik ki, ailə qura bilərik. Münasibətimiz başlayandan sonra Kübra həm Bakıdakı, həm də rayonlardakı bütün oyunlarımıza gəlir.

– Ailəniz bu münasibətə necə reaksiya verdi?

– Anama şəklini göstərdim, çox sevindi. Dedi ki, "gözəl qızdır, amma əsas onun yaxşı xarakterə və düzgün düşüncəyə sahib olmasıdır". Yəni bir-birlərini tanıdıqca daha çox sevdilər. Xəyalım ağdərili qadınla evlənmək idi.

– Bəs Kübra xanımın ailəsi bu izdivaca necə yanaşdı?

– Ən çox atasının sərt reaksiyasından qorxurdu. Əvvəlcə bacısı ilə tanış etdi, anası isə bir az narazı idi. Bu, daha çox ailə mentaliteti ilə bağlı idi. Sonra anası dedi ki, "önəmli olan insanlığıdır". Ailədə ən istiqanlı davranan isə atam oldu, Dedi ki, əsas odur, qızımı xoşbəxt et.

– Bürcləriniz nədir?

– Mən Xərçəng, Kübra isə Oğlaq bürcündəndir. Bir-birimizi çox yaxşı tamamlayırıq.

– Ailələrinizdə futbola maraq varmı?

– Kübranın atası futbola çox baxır. Ailələrimizdə futbolla məşğul olan yoxdur. Uşaq vaxtı böyük qardaşımla oynayırdım, o, mənə çox yaxşı ötürmələr verirdi.

– Nişan mərasimində valideynləriniz iştirak etdi?

– Yox, səfər çətinliyinə görə gələ bilmədilər. Amma ikinci ailəm saydığım klub prezidentimiz Asəf Məlikov həyat yoldaşı ilə bərabər elçiliyə getdi.

– Daha əvvəl münasibətinizdən xəbərdar idilər?

– Bəli. Bakıda bir oyundan sonra demişdim ki, "bu, qız dostumdur". O da zarafatla soruşdu ki, "Toy nə vaxtdır?" Həmin vaxt biz hələ tanışlıq mərhələsində idik. Bizim klubda rəhbərliklə futbolçular bir ailə kimidir. Hətta dedi ki, "nə vaxt istəsən, elçiliyə özüm gedərəm".

– Deməli, elçiliyi klub prezidenti edib?

– Bəli, həmin gün təsadüfən onların da nikahının 32 ili tamam olurdu.

– Bir-birinizi necə anlayırsınız?

– Biz fransızdilliyik, amma mən də, o da ingiliscə danışırıq. Kübra bacımla "WhatsApp"da görüntülü danışır, ailəmlə də tanış olur. İngilis dilimizi daha da təkmilləşdirməyə çalışırıq. Gələcəkdə Azərbaycan dilini də öyrənmək istəyirəm. Bəzi sözləri bilirəm: "Salam", "necəsən?", "çox sağ ol", "səni sevirəm" və s.

– Futbolçu karyeranıza harada başlamısınız?

– Vətənimdə başlamışam. Nigeriyada, sonra Moldovada çıxış etmişəm. 2023-cü ilin noyabrından "Difai" klubundayam.

– Yayda İraqın "Al-Karh" klubuna transfer olsanız da, iki ay sonra Azərbaycana qayıtdınız. Geriyə dönməyinizin səbəbi nə oldu?

– Bu, karyeram üçün yaxşı fürsət idi, dəyərləndirmək istədim. Peşəkarlıq mənim üçün önəmlidir. Gedərkən demişdim ki, şəraitimi yaxşılaşdırıb Kübranı da aparacağam. Amma oradakı münasibət və mühit mənə uyğun olmadı. Burada daha çox ailə atmosferi olduğuna görə geri döndüm.

– Bir neçə ay öncə irqçiliklə üzləşdiyinizi bildirərək FIFA və UEFA-ya müraciət etmişdiniz. Həmin vaxt nə baş vermişdi?

– Ötən mövsüm "Mingəçevir" klubuna qarşı çempionat oyununda baş hakim Fərid Hacıyevin mənə qarşı qərəzli davrandığını hiss etdim. Mənə olan bütün qayda pozuntularına göz yumurdu. Düşündüm ki, bəlkə bu, mənim şəxsiyyətimlə bağlıdır, ya da irqçilikdir. Amma məktubumda yazmamışdım ki, Azərbaycanda irqçilik var. Sadəcə, həmin hakimin davranışının səbəbini bilmək istədim. Ümumiyyətlə, burada irqçiliklə rastlaşmamışam, münasibət həmişə müsbət olub. Amma o oyundakı vəziyyət fərqli idi.

– Cavab almısınız?

– Hələlik heç bir cavab gəlməyib.

– Ombudsmanın bu məsələyə müdaxiləsi necə oldu?

– O, özü mənimlə əlaqə saxladı və məsələni araşdırmaq istədiyini bildirdi. Məni çox xoş qarşıladı. AFFA-ya da sorğu göndərildi, araşdırma başladı. Bundan sonra müsbət dəyişikliklər oldu. Hakim səhv edə bilər, amma qərəzli münasibətlə bir daha rastlaşmadım.

– Azərbaycanla bağlı təəssüratlarınızı da bilmək maraqlı olardı...

– Bura ilk dəfə gələndə bəyənməmişdim. İnsanlar azərbaycanca danışırdı, mənim isə ana dilim fransızcadır, tərcümədə çətinlik yaranırdı. Amma Kübra ilə tanış olandan sonra Bakını daha çox sevməyə başladım. Bağdaddan qayıtdıqdan sonra isə Azərbaycanın qədrini daha çox bildim (gülür). Burada insanlar istiqanlı, şəhər isə müasir və rahatdır.

– Bakının hansı tərəfi daha çox diqqətinizi çəkib?

– Əvvəl gəzməyi sevmirdim, amma ilk dəfə Bakını Kübra ilə gəzdim. Yəni Bakını ilk dəfə onunla kəşf etdim. Ən çox Bulvarı və İçərişəhəri bəyəndim. Gələcəkdə birlikdə Azərbaycanın müxtəlif bölgələrini gəzəcəyik.

– Hansı rayonlarımıza getmək istərdiniz?

– Şəkini çox bəyənirəm. Çünki qədimi şəhərdir. Amma Kübra məni ilk olaraq Salyana aparacaq. Orada balıq yeməkləri məşhurdur. Bizdə, Kamerunda da dəniz məhsulları çox yeyilir. Kübra mənə "Salyanda balıq qonaqlığı verəcəyəm" deyib (gülür).

– Dininiz fərqlidir, bu, münasibətinizə təsir etmir?

– Mən xristianam, o isə müsəlmandır. Amma bu, bizim üçün problem deyil. Əsas olan qarşılıqlı hörmət və anlayışdır.

– Toy nə vaxtdır?

– Növbəti ay planlaşdırırıq. Sadə, gənclərin olduğu bir mərasim olacaq. Xüsusi adət-ənənələrə bağlı qalmayacağıq. Adət-ənənələrlə getsək, böyük fərqlər yaranacaq.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər