top
AFFA yerli futbolçuları oynadan klublara maliyyə təşviqi verəcək Idman.biz
19 avqust 2025, 15:36
- +

AFFA yerli futbolçuları oynadan klublara maliyyə təşviqi verəcək

AFFA İcraiyyə Komitəsinin fevralın 3-dəki qərarına əsasən, 2025/2026 mövsümündə Misli Premyer Liqasında çıxış edən klubların heyətində yerli futbolçuların meydana çıxmasına görə maliyyə təşviq mexanizmi tətbiq edilir.

İdman.biz xəbər verir ki, qərara əsasən, bonus fondu Misli Premyer Liqasında iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödəniləcək rüsumlardan formalaşacaq.

Yeni qaydaya əsasən, legioner rüsumlarından ayrılacaq vəsaitin müəyyən hissəsi (minimum 1 000 000 AZN) Misli Premyer Liqasında çıxış edən klublar arasında bölüşdürüləcək. Həmçinin mövsüm ərzində yerli futbolçuların (əmsallar nəzərə alınmaqla) ən çox xal topladığı klub əlavə mükafat (ümumi məbləğdən 50 000 AZN) qazanacaq.

Hər bir klubun heyətində meydana çıxmış yerli futbolçuların oynadığı ümumi dəqiqə sayı Misli Premyer Liqasının bütün klubların yerli futbolçularının ümumi dəqiqə sayındakı faiz payına uyğun olaraq hesablanacaq.

Misli Premyer Liqası çərçivəsində keçiriləcək oyunlar üzrə ümumi yerli futbolçu 1,0 əmsal, 21 yaş və daha gənc yerli futbolçu 1,5 əmsal, klubun yetirməsi (əsas komandaya yüksələnə qədər eyni klubun aşağı yaş qruplarında və ya əvəzedici komandasında ardıcıl minimum 3 mövsüm çıxış etmiş futbolçu) isə 2,0 əmsalla qiymətləndiriləcək.

Hesablama yalnız 90 dəqiqəlik əsas oyun vaxtını əhatə edəcək. Əlavə olunmuş vaxtda meydana daxil olan oyunçular üçün yalnız 1 dəqiqə qeyd olunacaq. Bir futbolçu eyni zamanda bir neçə kateqoriyaya uyğun gəldikdə, onun oyun dəqiqələri ən yüksək əmsalla hesablanacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 11:30

Neftçi SOCAR 3x3 basketbol üzrə 1/4 finalda Ulan‑Bator Amazons komandası ilə üzləşir

Futbol
Bu gün, 10:30

Richard Hughes "Liverpul"dan ayrıldı, "Əl-Hilal"ın yeni idman direktoru olacaq

Futbol
Bu gün, 10:30

Richard Hughes “Liverpool”dan ayrıldı, “Al-Hilal”ın idman direktorü olacaq

Futbol
Bu gün, 10:05

Tramp 2026-ci Dünya Futbol Çempionatının ABŞ-ın iqtisadiyyatına gətirdiyi 18 milyard dollarlıq gəliri açıqladı

Futbol
Bu gün, 09:35

“İnter Mayami” Atlanta United ilə 2:2 barabərlik əldə etdi, son dəqiqədə qələbəni itirdi

Futbol
Bu gün, 09:35

“İnтер Майами” Atlanta United ilə 2:2 hesabı ilə başa çatdı

Futbol
Bu gün, 09:30

Benzemanın karyerasının sonu yaxınlaşır

Futbol
Bu gün, 09:30

Karim Benzemanın karyerası bu yayda başa çata bilər

Futbol
Bu gün, 08:40

Zenit'in hücumçusu Luis Enríquez Səudiyyə Ərəbistanı Al‑Ittihad klubuna keçə bilər

Futbol
Bu gün, 08:40

Zenit’in hücumçusu Luis Enrique Səudiyyə Ərəbistanı klubuna keçə bilər

Futbol
Bu gün, 08:40

Zenit’in hücumçusu Luis Enrikeyin Səudiyyə Ərəbistanı “Al‑İttihad” klubuna keçidi

Futbol
Bu gün, 08:40

Zenit'in hücumçusu Luis Enríqeyə Səudiyyə Ərəbistanının Al‑Ittihad klubuna keçid mümkündür

Futbol
Bu gün, 08:39

Flik Qabriel Jezusun “Valensiya” ilə matçda çıxış edə biləcəyini açıqladı

Futbol
Bu gün, 05:31

Joze Mourinyo, Messi'nin Argentina millisindən ayrılmasına münasibət bildirib

Futbol
Bu gün, 04:24

Luka Modriç Xorvatiya milli komandasına davam qərarı verdi

Futbol
Bu gün, 04:24

Luka Modriç Xorvatiya milli komandasında oyunçuluğa davam edəcək

Futbol
Bu gün, 01:55

Zaur Həşimov: “Qapıçını yenidən forma gətirmək istəyirik”

Futbol
Bu gün, 01:15

Əl-İttihad, Ronaldun ötürməsi ilə Anjeloya qol gətirərək “Əl‑Nəsr”i məğlub etdi

Futbol
Bu gün, 01:15

Al‑İttihad, Al‑Nasr-u 2:1 məğlub etdi, Ronaldun məhsuldar ötürməsi fərqi artırdı

Futbol
Bu gün, 01:15

Ronaldun məhsuldar ötürməsi “Əl-İttihad”ın qələbəsinə kömək etdi

Futbol
Bu gün, 01:00

Şeydayev çıxış etdi, Soçi 1:0 məğlubiyyətə məruz qaldı

Futbol
Bu gün, 01:00

Şeydayevin çıxışı olduğu Soçi, Pari NN‑ə 1:0 qələbə qazandı

Futbol
Bu gün, 01:00

Ramil Şeydayevin çıxışı ilə Soçi 1:0 qalib gəldi

Futbol
Bu gün, 01:00

Ramil Şeydayevun çıxışı ilə Soçi klubu Pari NN qarşısında 1:0 qələbə qazandı

Oxşar xəbərlər