top
AFFA veteranları dinləmədi, işə nazirlik qarışdı - Qubada turnir Sport24.az
16 dekabr 2024, 10:00
- +

AFFA veteranları dinləmədi, işə nazirlik qarışdı - Qubada turnir

"Bu gün Qubada veteranlar arasında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş turnir start götürəcək. 8 komandanın qatılacağı yarış 18-də başa çatacaq". Bu sözləri Sport24.az-a açıqlamasında Veteranlar İttifaqınən sədri Oqtay Abdullayev bildirib.

 

Oqtay bəy turnirin təşkil olunmasında gənclər və idman nazirliyinin müstəsna xidməti olduğunu bildirməklə yanaşı, AFFA-nın veteranlara diqqət ayırmadığını da vurğulayıb: "AFFA prezidenti Rövşən Nəcəflə görüşmək üçün 3 dəfə məktubla rəsmi müraciət etmişəm. 7-8 ayda eşitdiyim ancaq "bu gün-sabah" sözləri olub. Sonra deyirlər ki, futbol veteranları ölkə futboluna biganədi, fəaiyyəti gözə dəymir. Fürsətdən istifadə edib qarşı tərəfə sual verirəm? Siz nə vaxt bizimlə görüşdüz, bizi dinlədiz? Həmişə demişəm və təkrarlayıram, futbol veteranlarının təcrübəsindən və bacarığından istifadə etmək lazımdı. AFFA rəhbərliyi veteranlarla görüşmək, dinləmək istəmirsə, onda niyə barəmizdə xoşagəlməz fikirlər səsləndirirlər?

 

Rövşən Nəcəf bizimlə görüşməsə də, cənab nazir Fərid Qayıbov məni qəbul etdi. Ona belə bir turnir keçirmək istədiyimizi söylədim. Sağ olsun, təklifi müsbət qarşıladı və bütün xərcləri qarşılayacaqlarını bildirdi. Buna görə, Fərid müəllimə veteranlar adından təşəkkür edirəm. Hələ onu da bildirdi ki, gələn il belə turniri Qəbələdə təşkil etmək lazımdı. Eşitdiyimə görə, Qəbələ 2025-ci ildə ölkənin "idman paytaxtı" olacaq".

 

Qeyd edək ki, Qubada təşkil olunacaq turnirdə 8 komanda - Azərbaycan millisinin veteranları, "Neftçi", "Sumqayıt", Həvəskatrlar Liqasının veteranları, Quba, Şabran, Xaşmaz və Qusar mübarizə aparacaq. 

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:44

Enzo Fernandes: Messi tarixdəki ən böyük futbolçudur

Futbol
Bu gün, 01:36

Lionel Messi Argentina milli komandası üçün dostluq matçlarına dəvət edildi

Futbol
Bu gün, 00:27

Barcelona, Rafinha ilə yeni müqavilə danışıqlarına start verdi

Futbol
Dünən, 23:54

U-20 milli komandamız oktyabrın 3‑ü Moldovayla, 6‑sı Yaponiyaya qarşı yoldaşlıq matçları keçirəcək

Futbol
Dünən, 23:50

Xames Rodriges milli komandada futbol karyerasını başa vurdu

Futbol
Dünən, 22:35

AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsinə yeni mətbuat katibi və digər əməkdaşlar təyin olundu

Futbol
Dünən, 21:31

Mikloško, Çex və Çexoslovakiya millisinin keçmiş qapıçısı, 64 yaşında vəfat edib

Futbol
Dünən, 21:13

Harri Keyn 2026-cı ilin “Qızıl top” mükafatı üçün kampaniya aparmayacaq

Futbol
Dünən, 20:58

David Domgjoni-nun Kəpəzdəki debutu: Hər şey yaxşı alındı

Qarabağ FK
Dünən, 20:28

“Qarabağ”ın mərkəz müdafiəçisi Bense Varkonyi ilk dəfə Macarıstan milliyə dəvət olundu

Futbol
Dünən, 19:29

Elvin Camalov Neftçiyə veda etdi, karyerasını Qəbələdə davam etdirəcək

Qarabağ FK
Dünən, 18:50

Azərbaycan – Tacikistan dostluq matçının hakim heyəti kimlərdən ibarətdir?

Basketbol
Dünən, 16:23

Naxçıvan basketbol klubu Said İsmayılovu 1 illik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 15:40

Karvan‑Yevlax, “Zirə”nin hücumçusunu icarəyə götürdü

Futbol
Dünən, 12:55

“Kəpəz” komandası “Qəbələ” matçında pirotexnika istifadəsi üçün 5 000 manat cərimə aldı

Qarabağ FK
Dünən, 10:50

"Neftçi" Premyer Liqanın ilk 5 oyununda 17 qol ilə XXI əsrin rekordunu qırdı

Futbol
Dünən, 05:44

Premyer Liqa nəhəngləri Fulham‑un 19‑yaşlı ulduzu Coş King ilə maraqlanır

Gimnastika
Dünən, 02:14

Mədinə Mustafayeva və Vladimir Dolmatov dünya gimnastika çempionatında gümüş medal qazandılar

Futbol
Dünən, 00:36

"Traktor" Asiya Çempionlar Liqasının Elit mərhələsində 0:1 məğlubiyyətlə başladı

Basketbol
14 sentyabr 2026, 23:54

Erhan Toker: “Matçdan razı qaldıq, amma nəticədən narazıyıq”

Futbol
14 sentyabr 2026, 23:37

Zaur Haşımov: “Sabah”a 0:3 məğlubiyyətdə də layiqincə mübarizə apardıq

Futbol
14 sentyabr 2026, 23:06

Valdas Dambrauskas: Çempionlar Liqasından sonra komandamızın tam köklənməsi çətindir

Güləş
14 sentyabr 2026, 22:30

Optimist və ILCA4 siniflərində Yelkən İdmanı Açıq Azərbaycan Çempionatı sona çatdı

Futbol
14 sentyabr 2026, 22:05

Azərbaycan U19 qadın milli komandası Moldova ilə 2-2 bərabərlikdə nəticələndi

Oxşar xəbərlər