Azərbaycan çempionatının II Liqasında oynayacaq 14-cü komanda bəlli olub.
İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
AFFA və PFL II Liqada komanda sayının optimallaşdırılması məqsədilə müzakirələri yekunlaşdırıb. II Liqada çıxış edəcək 14-cü komandanın "Şəfa" olmasına qərar verilib.
İdman.biz