top
AFFA rəsmisindən Neftçi - Qarabağ matçı ilə bağlı gözləntilər Idman.biz
29 aprel 2026, 14:55
- +

AFFA rəsmisindən "Neftçi" - "Qarabağ" matçı ilə bağlı gözləntilər

"Hesab edirəm ki, derbidə "Neftçi"nin adı, nüfuzu və əzəməti nəzərə alınarsa, tam fərqli bir oyunun şahidi olacağıq".

Bu sözləri AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan Premyer Liqasında 21-ci turdan təxirə salınmış "Neftçi" - "Qarabağ" oyunu barədə danışarkən deyib.

O bildirib ki, ilk qarşılaşmanın nəticəsindən lazımi dərslər çıxarılmalı, komandalar tam fərqli yanaşma nümayiş etdirməlidirlər.

"Neftçi" öz azarkeşləri qarşısında nüfuzunu qoruyub saxlamaq üçün daha fərqli oyun nümayiş etdirməyə çalışacaq və inanıram ki, tam başqa bir "Neftçi" görəcəyik. Aprelin 26-da keçirilən görüşdə (5:1) "ağ-qaralar" ilk dəqiqədən çəkinmədən güclü "Qarabağ"a qarşı mübarizəyə başladı və heç də pis təsir bağışlamadı. Lakin çoxlu bəsit səhvlər sonda böyükhesablı məğlubiyyətə gətirib çıxardı", - deyə o, AZƏRTAC-a açıqlamasında vurğulayıb.

AFFA rəsmisi, eyni zamanda, bu fikirlərin Ağdam klubunda arxayınlıq yarada biləcəyini də istisna etməyib:

"Qarabağ"da müəyyən arxayınlıq yarana bilər. Amma nəzərə almalıyıq ki, bu, çox önəmli matçdır. Bu qarşılaşmanı azarkeşlərdən tutmuş futbolçulara və klub əməkdaşlarına qədər hamı illərlə gözləyir ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Yəni bizi gərgin və maraqlı bir oyun gözləyir. Yenə də ilk oyunun nəticəsini nəzərə alaraq düşünürəm ki, tam fərqli mənzərənin şahidi olacağıq və nəticə də fərqli olacaq".

V.Sadıqov vurğulayıb ki, paytaxt təmsilçisi avrokuboklara vəsiqə şanslarını hələ itirməyib:

"Neftçi" dərk etməlidir ki, bu gün məğlubiyyətə baxmayaraq, avrokuboklara vəsiqə qazanmaq, yəni Azərbaycanı təmsil etmək üçün hələ də şansları qalır. Lakin hər oyun keçdikcə bu şanslar azalır və onların nə dərəcədə artacağı sırf komandanın özündən asılıdır. Bunu anlayan komanda cavab oyununda meydana çıxaraq maksimum gücünü ortaya qoymalı və müsbət nəticə qazanmaq üçün mübarizə aparmalıdır".

Qeyd edək ki, aprelin 30-da "Palms Sports Arena"da gerçəkləşəcək derbi qarşılaşması saat 20:00-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:00

Fənərbağça müdafiəçisi uzun müddətə meydanlara çıxa bilməyəcək

Futbol
Bu gün, 18:53

Yann Diomande “Real Madrid”lə müqavilə bağlayıb

Futbol
Bu gün, 18:36

Asim Xudiyev UEFA Avropa Liqasında oyunun hakim-inspektoru təyin edilib

Futbol
Bu gün, 18:20

Dieqo Forlan Uruqvay millisinin müvəqqəti baş məşqçisi təyin olunub

Futbol
Bu gün, 18:07

Asim Xudiyev UEFA Avropa Liqasında hakim-inspektor təyin edilib

Futbol
Bu gün, 18:00

AFFA Maliyyə Menecerləri İlcə Bir araya Gətirib

Futbol
Bu gün, 17:50

Cənubi Koreya Futbol Federasiyasının ofislərində axtarış keçirilib

Gimnastika
Bu gün, 17:34

31-ci Azərbaycan bədii gimnastika çempionatının qalibləri müəyyənləşib

Gimnastika
Bu gün, 17:34

Bədii Gimnastika üzrə 31-ci Azərbaycan Çempionatının Yekunu

Voleybol
Bu gün, 17:20

Vera Klimoviç “Murov Az Terminal”a keçdi

Şahmat
Bu gün, 17:09

Fərid Qayıbov FIDE nümayəndə heyəti ilə görüş keçirib

Minifutbol
Bu gün, 17:00

Slavik Alxasov “Şamaxı”ya keçir

Digər
Bu gün, 16:49

Taekvondoçular Bakıda nümayiş proqramı ilə çıxış edəcəklər

Futbol
Bu gün, 16:40

Sportinq Avstraliya millisinin futbolçusunu transfer edib

Futbol
Bu gün, 16:00

"Fənərbağça" - "Şturm" matçına ən cox azarkeş gəlib

Cüdo
Bu gün, 15:51

Paracüdo üzrə Azərbaycan milli komandası Avropa çempionatına hazırlıqını yekunlaşdırıb

Futbol
Bu gün, 15:40

"Sabah"ın yaxşı komanda olduğunu gördük" - "Orhus" futbolçusu

Voleybol
Bu gün, 15:13

Belaruslu blokçu “Murov Az Terminal”a transfer olub

Futbol
Bu gün, 15:10

Turan Tovuz serbiyalı müdafiəçini transfer edib

Futbol
Bu gün, 15:00

PSJ Maqnes Akliuşu 50 milyon avroya transfer edib

Futbol
Bu gün, 14:40

Lukaku MLS və Səudiyyə Ərəbistanından təklifləri rədd edib

Futbol
Bu gün, 14:20

Fransa millisinin keçmiş yarımmüdafiəçisi Nabil Fekir Səudiyyə Ərəbistanın təmsilçisi Abha klubuna keçib

Futbol
Bu gün, 13:46

Emin Cəfərov UEFA Avropa Liqasının matçına nümayəndə təyin edilib

Futbol
Bu gün, 13:20

UEFA Avropa Liqasında AFFA nümayəndəsi

Oxşar xəbərlər