top
AFFA rəsmisi: U-21-in Portuqaliyaya məğlubiyyəti futbolçuların az oynaması ilə əlaqədardır Report.az
06 sentyabr 2025, 16:33
- ↺ +

AFFA rəsmisi: U-21-in Portuqaliyaya məğlubiyyəti futbolçuların az oynaması ilə əlaqədardır

Azərbaycanın U-21 yığmasının Avropa çempionatının seçmə mərhələsində Portuqaliyaya məğlubiyyətinin səbəbi futbolçuların təcrübəsizliyidir.

Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şakir Qəribov deyib.

Mütəxəssis məğlubiyyətə baxmayaraq, milliyə yaxşı futbolçular cəlb olunduğunu vurğulayıb:

"Əlbəttə, belə hesablar adamı üzür. Baxmayaraq ki, Portuqaliya kimi komandanı məğlub etmək bu gün real görünmür. Həqiqətən onlar həmişə bizdən həm səviyyə, həm də nəticə baxımından üstün olublar. Ancaq düşünürəm ki, milliyə yaxşı futboçular cəlb edilib. Hansı ki, bir-iki ildən sonra əsas yığmaya dəvət ala bilərlər. Məğlubiyyətlərin əsas səbəblərdən biri budur ki, uşaqlar öz komandalarında az oynayırlar, təcrübə çatışmazlığı var. Əsasən əvəzedici heyətdə və daha aşağı yaş qruplarında çıxış edirlər. Sonra birdən-birə güclü rəqiblərin qarşısına çıxırlar. Uşaqları qınamıram və zəif olduqlarını demirəm. Sadəcə, az oynayırlar".

AFFA rəsmisi komandanın baş məşqçisi Ayxan Abbasova vaxt verilməli olduğunu düşünür:

"Ayxan Abbasov gəldikdən sonra komandanın durumu yaxşıdır. Hazırlıq, yoldaşlıq görüşləri keçiriblər. Ayxan gənc məşqçilərdəndir. Klubda çalışıb, təcrübəsi var. Mənə elə gəlir ki, gələcəkdə yaxşı olacaq. Hər bir məşqçiyə nəticə üçün vaxt lazımdır. Ona inanmalıyıq. Hamı gəlib birdən-birə nəticə vermir ki. Ayxan komandanı formalaşdırmalı, möhkəmlənməli və taktikasını qurmalıdır. Hər şeyi nəticəyə bağlamaq düzgün deyil. Bizə lazımdır ki, azərbaycanlı futbolçular yetişsin".

O, Misli Premyer Liqasında legioner limitinin ləğv olunmasının da müəyyən rol oynadığını söyləyib:

"Limitlə bağlı AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunmuşdu. Buna hazırlaşmalı idik. Razıyam ki, bir çox futbolçular limitə görə şans qazanmır. Amma eyni zamanda onun da deməliyəm ki, güclü olan oynamalıdır. "Şamaxı"da, "Qarabağ"da daim yerli futbolçular oynayır. Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov, Bədavi Hüseynov və başqa yerlilər həmişə şans qazanır. Yenə də düşünürəm ki, millinin belə nəticələr göstərməsinin ən böyük səbəbi uşaqların az oynamalarıdır. Yoldaşlıq görüşlərində çıxış etməlidirlər".

Qeyd edək ki, ötən gün baş tutan Portuqaliya - Azərbaycan matçı meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan U-21 millisi ayxan abbasov Futbol Avropa çempionatı
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Qarabağ FK
Dünən, 22:15

Aleksey Kaşuk: Ukrayna Milli Komandanı çağırışı – həyatımın arzuladığı an

Qarabağ FK
Dünən, 22:06

Mourinyo Vinisiusa əzab etdi: Güclü futbolçuların da bad günü olur

Voleybol
Dünən, 21:56

Azərbaycan Qadın Voleybol Super Liqası 2026/2027 mövsümünün açılış matçları

Oxşar xəbərlər