top
AFFA rəsmisi: Klublararası dünya çempionatında narazılığın əsas səbəbi zədələrdir Report.az
15 iyul 2025, 18:11
- ↺ +

AFFA rəsmisi: Klublararası dünya çempionatında narazılığın əsas səbəbi zədələrdir

Klublararası dünya çempionatının yeni formatı ilə bağlı narazılıqların əsas səbəblərindən biri futbolçuların zədələnməsidir.

Bunu "Report"a açıqlamasında AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə deyib.

Mütəxəssis yeni formatı birmənalı qarşılanmayan klublararası dünya çempionatı ilə bağlı narazılıqlara münasibətini bildirib:

"Narazılığın ən böyük səbəbi odur ki, futbolçular yüksək səviyyədə performans göstərmək üçün məhdud sayda oynamalıdırlar. Onsuz da il ərzində oyunların sayı kifayət qədər olur. Bu da zədələrin çoxalmasına, psixoloji yorğunluğun yaranmasına gətirib çıxarır. Klublarası dünya çempionatı başa çatdı. Artıq iki həftədən sonra milli çempionatlar başlayacaq. Əslində bu, kiçik klublara o qədər də təsir etmir. Böyük klublar isə onsuz da istər daxili, isətrəsə də beynəlxalq çempionatlarda ilboyu oynamaq məcburiyyətindədirlər".

O, büdcə məsələlərinin də rol oynadığını söyləyib:

"Bunun nəticəsi olaraq klublar heyətlərini genişləndirmək məcburiyyətindədirlər. Heyət böyüdükcə keyfiyyətə təsir edir, həmçinin xərclər artır. Bu da klubu idarə etməkdə kifayət qədər sıxıntılar yaradacaq. Məsələnin digər tərəfi təşkilatçılıqla bağlıdır. İlk dünya çempionatı idi və klublar pis-yaxşı ulduz futbolçularını gətirmişdilər. İlk vaxtlarda komandalar optimal heyətlə gələcəklər. Ancaq sonra maraq azalır və növbəti yarışlar yoxlama görüşləri səviyyəsinə enir ki, bu da təşkilatçılar üçün problem yaradacaq. Məsələn, buna MDB Kubokunu nümunə göstərə bilərəm. Çünki ulduzlar olmasa, tamaşaçıları cəlb etmək çətinləşəcək. Nəticədə yarışın öhdəsindən gəlmək çətin olacaq".

AFFA rəsmisi, narazılıqlara baxmayaraq, mundialın maraqlı alındığını vurğulayıb:

"Ümumilikdə ilk təcrübəyə əsasən deyə bilərəm ki, klublararası dünya çempionatı yaxşı alındı. Baxımlı oldu, bütün dünyada izlənildi. Xoaşgəlməz məqamlar isə zədələrlə bağlıdır. Məsələn, "Bavariya"nın futbolçusu Camal Musiala ciddi zədələndi. Futbol onsuz da zədə riskləri yüksək olan oyundur. Mövsümün sonunda dincəlmək istəyən futbolçularda zaman-zaman sıxıntı yarada bilər. Düzdür bu, istənilən halda ola bilərdi. Amma sırf bu çempionatda belə zədələrin olması mənfi rəylər yaradır. Birinci sınaq kimi pis alınmadı, amma növbəti illərdə necə olacağını deyə bilmərəm. Ola bilər format dəyişdirilsin və ya daha az komanda iştirak etsin. Lakin inanmıram ki, FIFA geri addım atacaq və yarışı ləğv edəcək. Klublarla FIFA arasında sövdələşmədən çox şey asılıdır. FIFA bu çempionatda iştirak üçün klublara daha çox maliyyə yönəldə bilər".

Qeyd edək ki, ilk dəfə təşkil olunan klublarası dünya çempionatının qalibi İngiltərənin "Çelsi" klubu olub. London təmsilçisi ABŞ-də təşkil olunan mundialın finalında PSJ-ni (Fransa) 3:0 hesabı ilə məğlub edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:59

İmişli, Şamaxını 2:1 hesabına məğlub etdi - Video icmalı

Qarabağ FK
Bu gün, 21:59

Kadi Borges: “Sabah” komandası son bir ildə gördüyüm ən yaxşı komandalar arasındadır

Güləş
Bu gün, 21:35

Sənan Süleymanov 15 illik gözləntini bitirdi: Azərbaycan olimpiya çəkisində qızıl medal qazanır

Futbol
Bu gün, 21:10

Azər Bağırov: "İmişli"yə məğlubiyyətdə penalti qərarı təssüf doğurduq, amma dərin təhlil etməkdən çəkinirik

Qarabağ FK
Bu gün, 21:01

Dambrauskas: Çempionluq mübarizəsi ötən mövsümdən daha ağır olacaq

Qarabağ FK
Bu gün, 20:59

Dambrauskas: 0:0 nəticəni ədalətli hesab edir, futbolçuları Avropa transferlərinə sevinclidir

Cüdo
Bu gün, 20:55

Gənc cüdoçularımız Düşəbədə keçirilən Qran-pri turnirində 5 medal qazandı

Qarabağ FK
Bu gün, 20:48

Qurbanov: “Texniki səhvlərimiz çox, fiziki hazırlığı artırmalıyıq”

Futbol
Bu gün, 20:41

FIFA U-15 Dünya Çempionatında Azərbaycan millisi Avstraliyaya 1:3 hesabı ilə məğlub oldu

Futbol
Bu gün, 20:39

Hoffenheim 3-0 Bayer: Üç qol ilə Bundesligada qalib

Qarabağ FK
Bu gün, 20:34

Qurban Qurbanov: "Sabah"la 0:0 hesablı heç-heçə edən "Qarabağ"da texniki səhvlərə baxmayaraq mübarizədən qopmadıq"

Güləş
Bu gün, 20:27

Sənan Süleymanov: Bir ay əvvəl dünya çempionu olacağımı yazmışdım, indi qızıl medal qazanmışam

Futbol
Bu gün, 20:19

Monako, Lillə 1:1 tarazlıqda bitirdi

Qarabağ FK
Bu gün, 20:15

Sabah vs Qarabağ 0‑0: Mərkəzi oyunda bərabərlik

Futbol
Bu gün, 20:02

Premyer Liqa: Manchester United evində 0:3 məğlub oldu, Liverpool isə 2:0 qalib gəldi

Cüdo
Bu gün, 19:45

U-17 ne‑vaza ACF Kubokunun ilk günündə 198 cüdoçu yarışdı

Cüdo
Bu gün, 19:33

Azərbaycan millisi Düşənbədə Qran-Pri cüdo turnirində beş medal qazanıb

Cüdo
Bu gün, 19:27

U-17 cüdoçuların ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri ACF-də elan edildi

Futbol
Bu gün, 19:04

Atletik 4-0 Xetafe: La Liqada dörd qol

Futbol
Bu gün, 18:59

Konyaspor Gənclərbirliyi 2-0 məğlub etdi

Güləş
Bu gün, 18:40

Ukraynada təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibov bürünc medal uğrunda mübarizə aparacaq

Futbol
Bu gün, 18:13

Real Madrid El‑Klasiko öncəsi qapıçısı Kurtua qrip səbəbiylə oyun verməyəcək

Futbol
Bu gün, 18:05

Azər Bağırov: "Rəqib heç nə yaratmadı, qolları öz səhvlərimizdən buraxdıq"

Futbol
Bu gün, 17:52

İmişli baş məşqçisinin Şamaxı qarşısında riskli taktikası qələbəyə yol açdı

Oxşar xəbərlər