Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda "Cityscape Global" daşınmaz əmlak və idman qurğuları sərgisi təşkil olunub.
İdman.biz xəbər verir ki, AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov qonaq spiker qismində çıxış etmək üçün təşkilatçılar tərəfindən tədbirə dəvət olunub.
Sərgi "Yaşamanın Gələcəyi" mövzusu altında Səudiyyə Ərəbistanının İdman Nazirliyi və digər dövlət orqanlarının dəstəyi ilə keçirilib. Qlobal miqyasda ən böyük daşınmaz əmlak sərgisi kimi tanınan tədbirə 160 000-dən çox beynəlxalq iştirakçı qatılıb.
Elçin Məmmədov "Oyunlar və idman tədbirləri üçün idman qurğularının hazırlığı" mövzusunda çıxış edib.
İdman.biz