top
AFFA rəhbərliyinin bölgələrə səfəri ilə bağlı detallar açıqlanıb Report.az
01 aprel 2025, 14:55
- ↺ +

AFFA rəhbərliyinin bölgələrə səfəri ilə bağlı detallar açıqlanıb

Futbolun İnkişafı Fondunun (FİF) icraçı direktoru Tural Piriyev AFFA rəhbərliyi ilə bölgələrdəki infrastruktura baxış keçirmələri ilə bağlı fikirlərini bölüşüb.

O, "Report"a açıqlamasında Yevlax, Gəncə və Mingəçevirə səfərlərinin detallarını açıqlayıb.

FİF rəsmisi bölgə klubları ilə daim yaxından işlədiklərini söyləyib:

"Səfərimiz problemləri öyrənmək üçün deyildi, ümumi işlərə baxışla bağlı idi. Klubların rəsmi şəxsləri ilə görüşdük. Hansı sahədə dəstəyin lazım olduğunu öyrəndik. Tovuz şəhər stadionunda yeni inşa olunmuş əsas korpus binasının açılışına görə bölgəyə səfər etmişdik. Orada "Turan Tovuz" Akademiyası üçün salınması planlaşdırılan meydançaların ərazisi ilə tanış olduq. Fürsətdən istifadə edib digər bölgələrə də getdik. Bundan bir gün əvvəl Yevlaxda futbol obyektlərinə baxış keçirdik. Növbəti gün isə Gəncə və Mingəçevirdə olduq. Gəncədəki futbol infrastrukturu, demək olar ki, ideal vəziyyətdədir. "Kəpəz" yeni stadionuna qovuşandan sonra sıxıntıları qalmayacaq. Yevlax və Mingəçevirdə vəziyyət bir az fərqlidir. "Karvan" klubunun Premyer Liqaya vəsiqə qazanmaq şansı var. Onlar da tezliklə hazırlıq işlərinə start verməlidirlər. Ərazidə yeni akademiya binası tikilib. Yekunlaşmaq üzrədir. "Karvan" klubunun rəhbərliyi ilə görüşdük. İnfrastrukturla bağlı təcili işlərə başlanılmalıdır".

O, Premyer Liqaya çıxmaq imkanı olan "Karvan" və "İmişli"yə infrastrukturla bağlı təkliflər edildiyini söyləyib:

"Mütəxəssis baxımından da bölgə təmsilçisinə dəstək göstəriləcək. "Karvan" klubunun rəhbərliyi ilə növbəti görüşümüz də olacaq. Ümid edirik ki, meydançalarla bağlı işlər tez bir zamanda başlayacaq. "Mingəçevir"də isə yeni sponsorla müqavilə imzalanandan sonra uzunmüddətli inkişaf planı hazırlanıb. Buna infrastruktur da daxildir. AFFA tərəfindən salınmış, süni ot örtüyü olan meydançanın ətrafı bağlanıb. Eytiyat oyunçular skamyası qoyulub. Azarkeşlər üçün və çəkiliş üçün platforma var. Komanda artıq öz evində oynayır. Sonra növbəti mərhələ başlanacaq, əsas meydanın ot örtüyü dəyişəcək. Orada işlər çoxdur, planlı şəkildə görüləcək".

T. Piriyev Yevlax şəhər stadionundakı əsas problemlərdən söz açıb:

"Karvan"ın bir neçə üstünlüyü var. Klub böyük infrastruktura malikdir. Stadion, yanında təlim meydançası, baza var, akademiya da tikildi. Əsas iş ot örtüyünə görədir. Digər məsələləri həll etmək olar. İşıqlandırma sistemi də düzəlməlidir. Çəkiliş meydançası da mövcuddur. Belə baxanda ciddi problemlər yoxdur. Sadəcə, işlərə təcili başlanmalıdır. "Karvan"ın icraçı şəxsləri ilə görüşdük. Hələlik işlərə başlanılması ilə bağlı konkret vaxt deyilmədi. Nə qədər tez başlasalar, o qədər yaxşıdır".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Oxşar xəbərlər