Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar faciə qurbanları anılıb. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi – baş katib Cahangir Fərəcullayev, icraçı vitse-prezident Sərxan Hacıyev, baş katibin müşaviri Orxan Həsənov və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov Xətai rayonu ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.