FIFA-nın 75-ci Konqresi keçiriləcək.
İdman.biz xəbər verir ki, tədbir Paraqvayın paytaxtı Asunsyonda baş tutacaq.
Bu gün keçiriləcək Konqresdə AFFA da təmsil olunacaq. Tədbirdə qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov Konqresdə iştirak edəcək.
İdman.biz