top
AFFA rəhbərliyi cənub bölgəsindəki futbol infrastrukturuna baxış keçirib Idman.biz
07 dekabr 2025, 13:40
- +

AFFA rəhbərliyi cənub bölgəsindəki futbol infrastrukturuna baxış keçirib

AFFA rəhbərliyi bölgələrə səfərlər çərçivəsində cənub zonasına səfər edib və yerli futbol infrastrukturunun mövcud vəziyyəti ilə yerində tanış olub.

İdman.Biz xəbər verir ki, səfərdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev və İnkişaf Strategiyasının icrası üzrə layihə qrupunun dövlət qurumları ilə əlaqələrinə məsul şəxs Ramazan Səmədov iştirak ediblər.

Səfər Biləsuvar və Cəlilabad rayonlarından başlayıb. AFFA rəsmiləri həmin ərazilərdə yerləşən Olimpiya İdman Komplekslərinə və yerli stadionlara baxış keçirərək mövcud şərait və inkişaf perspektivləri barədə məlumat alıblar.

Daha sonra nümayəndə heyəti Lənkəran Olimpiya İdman Kompleksinə baş çəkib. Burada Kütləvi Futbol Turniri çərçivəsində uşaqlar arasında Beynəlxalq Futbol Gününə həsr olunmuş yarış izlənilib. AFFA tərəfindən iştirakçılara futbol topları və formalar hədiyyə edilib. Səfər zamanı müxtəlif qurumların və yerli nümayəndələrin iştirakı ilə bir sıra faydalı görüşlər də baş tutub.

Cənub turu daha sonra Ərkivan qəsəbə stadionuna və Masallıda yerləşən Anatoli Banişevski adına stadiona baxışla davam edib.

Səfərin sonunda AFFA nümayəndələri Salyan Olimpiya İdman Kompleksində mövcud infrastrukturla tanış olublar.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 19:15

Hansi Flik Barselona üçün yeni kapitan və köməkçi kapitanları təyin etdi

Futbol
Dünən, 19:15

Hansi Flik “Barselona”nın yeni kapitanlarını təyin etdi

Futbol
Dünən, 18:26

“Sabah” Futbol Klubu “Scorpio Group” ilə sponsorluq müqaviləsi imzaladı

Futbol
Dünən, 18:26

Sabah FK "Scorpio Group" ilə sponsorluq müqaviləsi imzaladı

Futbol
Dünən, 18:26

“Sabah” Futbol Klubu “Scorpio Group” ilə sponsorluq müqaviləsi imzaladı

Futbol
Dünən, 18:26

“Sabah” Futbol Klubu “Scorpio Group” ilə sponsorluq müqaviləsi imzaladı

Futbol
Dünən, 18:26

“Sabah” Futbol Klubu “Scorpio Group” ilə sponsorluq müqaviləsi imzaladı

Futbol
Dünən, 18:26

Sabah Futbol Klubu Scorpio Group ilə sponsorluq müqaviləsi imzaladı

Futbol
Dünən, 18:26

"Sabah" Futbol Klubu "Scorpio Group" ilə sponsorluq müqaviləsi imzaladı

Futbol
Dünən, 18:26

“Sabah” Futbol Klubu “Scorpio Group” ilə sponsorluq müqaviləsi imzaladı

Futbol
Dünən, 17:48

Erzurumspor üç yeni futbolçu ilə gücləndi

Futbol
Dünən, 17:27

Liverpul direktoru Riçard Hages “Əl Hilal”la anlaşdı

Futbol
Dünən, 17:27

Ricard Hages “Liverpul”da işdən ayrıldı

Futbol
Dünən, 17:27

Liverpoolda ayrılıq baş verdi

Futbol
Dünən, 17:27

“Liverpul”da direktor Ricard Hagesin ayrılığı

Futbol
Dünən, 17:27

Liverpoolda ayrılıq həyata keçirildi

Futbol
Dünən, 17:27

Ricard Hages “Əl Hilal”la ayrılıq barədə razılaşdı

Futbol
Dünən, 17:27

“Liverpul”da ayrılıq – direktor Riçard Hages “Əl Hilal”la anlaşıb

Futbol
Dünən, 17:27

“Liverpul”da direktor Richard Hages “Əl Hilal”la anlaşma imzalayıb

Futbol
Dünən, 17:27

Liverpoolda direktorun ayrılığı

Futbol
Dünən, 17:27

Liverpoolda ayrılıq: Direktor Richard Hages “Əl Hilal” ilə razılaşdı

Futbol
Dünən, 17:27

Liverpoolda ayrılıq baş verdi

Futbol
Dünən, 17:27

‘Liverpul’dakı ayrılıq: Ricard Hages və “Əl Hilal” arasında anlaşma

Basketbol
Dünən, 16:58

Neftçi SOCAR qadınlar 3x3 komandası Fransa qarşısında qələbə qazanıb

Oxşar xəbərlər