top
AFFA Region Liqasında intizamsızlıq edənlərin növbəti mövsüm qeydiyyatı çətinləşəcək Report.az
19 fevral 2026, 16:11
- ↺ +

AFFA Region Liqasında intizamsızlıq edənlərin növbəti mövsüm qeydiyyatı çətinləşəcək

AFFA Region Liqasında mövsüm ərzində intizamsızlıq halları ilə yadda qalan komanda və rəsmi şəxslər barədə qeydlər aparılır, növbəti mövsüm turnirə qeydiyyat prosesində nəzərə alınacaq.

Bu barədə "Report"a AFFA-da Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov açıqlama verib.

O, cari mövsüm sözügedən yarışda intizamsızlıq hallarının artmasına münasibət bildirib:

"Komandaların həvəskar statusa malik olması, yeni qoşulanların təşkilati məsələlərdə təcrübəsizliyi və gedişatda intizamsızlıqların olması gözlənilən idi. Hətta peşəkar komandalarda da bəzən belə hallar qaçılmazdır. Futbol oyunları zamanı emosiyalar hər oyunçuda, məşqçidə, azarkeşdə fərqli olur. Bəzən matçın gedişatında xoşagəlməz həddə çatır ki, bunun əsasında müəyyən problemlərlə üzləşirik. Son turda "Sabirabad" komandasının oyununda baş verən hadisə bunun bariz nümunəsidir. Təbii ki, matçların sayının çox olması belə halların artmasına səbəbdir. Tərəfimizdən mövsüm ərzində intizamsızlıq halları ilə yadda qalan komanda və rəsmilər barədə qeydlər aparılır və növbəti mövsüm liqaya qeydiyyat prosesində nəzərə alınacaq".

AFFA rəsmisi II Liqanın əsasnaməsinə uyğun olaraq çempionata qoşulmaq istəyən komandaların Region Liqasında çıxış etməli olduğunu xatırladıb:

"Bu da Region Liqasına marağı artırıb və cari mövsüm rekord sayda komada iştirak etmək üçün müraciət edib. Bu mövsüm 67 komanda çempionata qatılıb. Bəzi bölgələrdə hətta ikidən çox kollektiv eyni rayonu təmsil edir. Əlbəttə, qəbul prosesində müəyyən kriteriyalar tətbiq olunur. Öncəki mövsümlərdə intizamsızlıq göstərən, kriteriyalara uyğun olmayanlarla fərdi görüşlər təşkil olunub, xüsusi tövsiyələr və tapşırıqlar verilib. Bu görüşlər liqanın gedişatında da həyata keçirilir və komandalara xüsusi xəbərdarlıq olunur".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Oxşar xəbərlər