AFFA-nın prezidenti Rövşən Nəcəf Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Zirə"ni təbrik edib.
Sport24.az xəbər verir ki, o, bununla bağlı "X" hesabında paylaşım edib. O, postunda bunları yazıb:
"Zirə" futbol klubunu tarixində ilk dəfə UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibətilə ürəkdən təbrik edir, təmsilçimizə qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm. Əzmkar mübarizəyə baxmayaraq, turnirlə vidalaşan "Sabah" klubuna isə gələcək oyunlarda uğurlar arzu edirəm".
Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasında Xorvatiyanın "Osiyek" komandasına qalib gəlibsə, "Sabah" İrlandiyanın "Sent Patriks" klubuna məğlub olub.